Icma.az
close
up
RU
Qurban Qurbanov: Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar

Qurban Qurbanov: Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bizim üçün ən gərgin, ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. 12 futbolçumuz milli komandalarda idi. Kevin Medina bizimlə cəmi iki məşq etmişdi. Çox vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Burada oynamaq çox xoş idi. Son tsiklə yaxşı başladıq.

- Oyunun keyfiyyəti sizi qane edirdi?

- Hələ yox. Ona çatmağa çox illər lazımdır. Siz qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik. Ümumən futbolçularımdan razı qaldım.

- Bu gün "Turan Tovuz"un bazasının açılışında iştirak etməməyinizin səbəbi nə idi?

- Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi. Ona görə də bu addımı atdıq. Amma əvvəldən təklif olmuşdu.

- Qapı mövqeyində tez-tez rotasiyalar edirsiniz. Bu, onların performansına mənfi təsir edir?

- Yaxşılığa doğru gedir. Gərək hər qapıçıya şərait yaradaq. Ən uyğun bu mövqeni çox da dəyişməməkdir. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər.

- Hakimliyin səviyyəsi oyuna uyğun idi?

- Bəzi epizodlarda narazılığım oldu. Ümumən hakim tempin düşməməsinə şərait yaradırdı.

- Fabiyan Buntiçə şans vermirsiz. Onunla yollar ayrılacaq?

- Qapıçı elə mövqedir ki, hər oyunçuya şans vermək olmur. Limitə görə bəzən Şahruddini oynadırıq. Qarşıdakı matçlarda Buntiçə də şans verəcəyik.

- Milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə problemi oldu. Sizin buna münasibətiniz necədir?

- İstəmərəm belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.

- Nəriman Axundzadənin adı "Molde" ilə hallanırdı. Kluba təklif gəlmişdi?

- Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.

- Elvin Cəfərquliyev millidə yenə qırmızı vərəqə aldı. Onun problemi nədir?

- Nə siz bilirsiz, nə mən bilirəm. İstəməyərək alınan vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli nəsə problem var. Daha diqqətli olmalıdır.

- Müqaviləsi başa çatan futbolçularla danışıqlara başlamısız?

- Yox, hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Çox diqqətli olmalıyıq. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.

Elçin Alixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Mart 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see205

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see176

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see125

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see123

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see123

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see123

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see118

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see117

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see117

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri