Qurban Qurbanov: Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Şelburn” (İrlandiya) matçından sonra mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablayıb.
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".
O, qarşılaşmanın 68-ci dəqiqəsində Kadi Borgesin yararlana bilmədiyi penalti zərbəsindən danışıb:
"Məncə burda futbolçunu güclü şəkildə tənqid edə biləcək nəsə yoxdur. Bəlkə kənardan rahat görünə bilərdi. Lakin futbol maçtlarında belə hallar yaşanır. Hər halda o da istəyərdi ki, qol vursun".
Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:
"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyətimizi gücləndirəcəyik".
Qeyd edək ki, "Qarabağ" növbəti mərhələdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:102
Baxış sayı:102 Bu xəbər 30 İyul 2025 22:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 İyul 2025 22:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















