Qurban Qurbanov: Hakimlərə də qırmızı vərəqə göstərilsin
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Kamal Umudlu oyunu çox düzgün idarə edirdi”.
Gununsesi.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə etdikləri oyunda baş verən insidentlə bağlı danışarkən deyib.
53 yaşlı mütəxəssis futbolçuları Musa Qurbanlı və Elvin Cəfərquliyevin AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasının fonunda qarşılaşmanın hakimlərinin də cəzalanmalı olduğunu bildirib: “VAR-da UEFA dərəcəli Əliyar Ağayev heç nəyi görmürdü? Hər şeyi çox da gözəl görürdü! Baş hakim FIFA referisi Kamal Umudlu da oyunu çox düzgün idarə edirdi. Hamıya yerindəcə sarı vərəqə verdi. AFFA İntizam Komitəsi qərar verirsə, o zaman hakimləri də cəzalandırsınlar. Ağayevə də, Umudluya da 3-5 oyunluq cəza verilsin”.
Qeyd edək ki, AFFA İntizam Komitəsi “Qarabağ” – “Araz-Naxçıvan” oyununda baş verənlərə görə bir sıra futbolçunu cəzalandırıb. Ağdam klubundan Musa Qurbanlı ilə Elvin Cəfərquliyev 1 oyun şərti olmaqla 2 oyun, qonaq komandadan isə Felipe Santos 2 oyun şərti olmaqla 4 oyunluq cəzalandırılıb.
Baxış sayı:142
Bu xəbər 15 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















