Icma.az
close
up
RU
Qurban Qurbanov: “Heç heçəni sürpriz hesab etmirəm”

Qurban Qurbanov: “Heç heçəni sürpriz hesab etmirəm”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇSKA ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq idi. ÇSKA bir az bizi çətinliyi salırdı. Fərqli-frəqli sistemlərdə oynaya bilən komandadır. Bizim üçün xoş oldu. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq"

- Hava şəraiti oyuna təsirini göstərdi?

- Belə şərtlər hər iki komanda üçün eyni idi. Amma azarkeşlər üçün havanın sərin olması daha yaxşı idi. İsti çox idi. Futbolçular belədə çox enerji itirirlər. Bəzən belə hallarda, bu cür birəbir oynayan bilən komandaya qarşı enerji az olanda istədiyini edə bilmirsən. Azarkeşlər üçün daha sərin hava olsaydı, daha baxımlı oyun olardı.

- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətə qayıtmaqla mesajını verir? Bruno Lanqanın zədəsi ciddidir? 
- Mənim özüm də hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə, qarşıdakı vaxtda bilinəcək ki, Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətini qoymayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər get-gedə daha çox olacaq.

- Vaxtı ilə "Ludoqorets"ə evdə uduzsaz da, səfərdə onları 7:2 udmuşdunuz. Bu, həminki "Qarabağ"dır? 
- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından...Futbol o qədər inkişaf edib ki, biz desək ki, Həmin "Qarabağ"ıq...Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə yanaşır, hamı bizə fərqli gözlə yanaşır. Daha ciddi, daha məsuliyyətli...Biz bunu hiss ediriksə, biz ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha yaxşı olmalıyıq ki, stabil nəticələrimiz olsun.

- Bolqar jurnalistlər ÇSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik edirdi. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər? 
- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürdülər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə sevinirdilər. Son vaxtlarda bildiyim qədərilə, komandadan narazılıq var idi deyəsən. Amma bugünkü komanda göstərdiyi performansa görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət çünü gedəcəyik. Belə oyunlar elədi ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz hansısa lap böyük komanda deyilik ki, uduzsaq sürpriz olsun. ÇSKA-nın da gücü var ki, biz səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.

- Rəqiblər nə qədər güclü olsa belə, “Qarabağ” adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün o qədər də çox deyildi. Bu, yenilərin hələ ki adaptasiya prosesindən, sistemə öyrəşmək prosesindən keçdiyini göstərirdi?  
- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq,həm rəqib.. ÇSKA çox bərk rəqib idi, ələlxüsus da müdafiədə bacarıqlı kollektiv idi. Çox sürətli əks-hücumları var idi. Birəbir müdafiə olunmaqdan həzz alırdılar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüanslar var onu özümüzdə axtarmalı və onu yaxşılaşdırmalıyıq.

Premyer Liqa və kubokun tam təqvimi – Mövsüm avqustun 14-də başlayacaq Sabiq "Neftçi"li "Araz-Naxçıvan"da "Şəfa" niderlandlı müdafiəçi transfer etdi – "1+1" illik müqavilə Emin Mahmudovdan Avropada 10-cu qol Bölgə təmsilçisindən iki yeni transfer
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 İyul 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri