Icma.az
close
up
RU
Qurban Qurbanov: Çelsi ilə matçda heç heçəni uğurlu hesab edirik

Qurban Qurbanov: Çelsi ilə matçda heç heçəni uğurlu hesab edirik

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi" (İngiltərə) ilə oyunda əldə edilən heç-heçə "Qarabağ" üçün uğurlu nəticədir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Mütəxəssis "Çelsi"yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Azarkeşlərimizi təbrik edirəm. Qarşıdan Zəfər bayramımız gəlir. Bu heç-heçəni də uğurlu nəticə hesab edirik və futbolçularımızın çəkinmədən göstərdiyi mübarizəni xüsusi vurğulayıram. Əsl azərbaycanlılara xas şəkildə mübarizə apardılar. İlk dəfə ingilis klubları ilə matçda xal qazandıq. Bu gün xalsız da qala bilərdik. Qarşıda çətin görüşlər bizi gözləyir".

O, "Qarabağ"ın cari mövsüm Çempionlar Liqasındakı çıxışından danışıb:

"Qarabağ" artıq daha çox təcrübəlidir. Baxmayaraq ki, heyətimizdə avrokuboklarda çıxış etməyən oyunçular yer alır. Əsas mərhələyə vəsiqə qazananda içimdə narahatlıq var idi. Çünki böyük komandalara qarşı zəif çıxış edə bilərdik. Şükürlər olsun ki, mübariz komandamız var və bir-birimizə olan güvənimizə görə yaxşı nəticələr əldə edə bilirik. İstək ürəkdən gəldikdə, nəticələr də yaxşı olur. Növbəti raunda adlamaq şansımız var və bundan maksimum istifadə edəcəyik".

Q.Qurbanov bildirib ki, "Çelsi"yə qarşı çıxış etmək Ağdam klubuna böyük təcrübə qazandırır:

"Çelsi"yə məğlub olsaydıq belə, özümüzü qalib hesab edəcəkdik. Çünki bu cür böyük kollektivlərin Bakıya gəlməsi sevindiricidir. Ulduz futbolçulara qarşı mübarizə aparmaq tərcübə qazanmaq deməkdir. Güclü klublara qarşı oynayıb, uduzanda komanda bir qədər də böyüyür. Bəzi matçlarda riskə getmək lazımdır. Nəticə qazanmaq üçün bunu etməliyik. Futbolçularıma imkan vermədim ki, "Çelsi" ilə matçda müdafiədə otursunlar".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Noyabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri