Icma.az
close
up
RU
Qazaxıstan millisinin baş məşqçisi Qurban Qurbanov barədə danışdı MÜSAHİBƏ

Qazaxıstan millisinin baş məşqçisi Qurban Qurbanov barədə danışdı MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu yaxınlarda Qazaxıstan Futbol Federasiyası rusiyalı Stanislav Çerçesovun əvəzinə Əli Əliyevi milli komandanın baş məşqçisi təyin edib. 2019-cu ildə Qazaxıstanın ən yaxşı məşqçisi seçilən əslən azərbaycanlı mütəxəssis "Kızıl-Jar"ı birinci liqanın qalibi edib, uzun fasilədən sonra elitaya çıxarmağı bacarıb. Qazaxıstan millisinin yeni baş məşqçisini "Qarabağ" və Qurban Qurbanovla da sıx tellər bağlayır. UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə Əli Əliyev "Qarabağ"ın düşərgəsində olub, Qurbanovun yanında təcrübə də keçib. Sport24.az mütəxəssisin Teleqraf.az-a  müsahibəsini diqqətinizə çatdırır.

- Əvvəlcə Qazaxıstan millisinə baş məşqçi təyinatınız münasibətilə sizi təbrik edir və uğurlar arzulayırıq. Qarşınıza qoyulan hədəflər nədir?

- Təşəkkür edirəm, çox sağ olun! Qazaxıstan millisinə baş məsqçi təyin olunmaq mənim üçün böyük şərəfdir. Əsas məqsəd komanda oyunu göstərmək, topla mübarizə apararkən aqressiv olaraq, rəqibin oyununu məhv etmək və konstruktiv hücum göstərməkdir. Birinci növbədə Allaha şükürlər olsun. Mənə olan etibara görə Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti Marat Omarova təşəkkürümü bildirirəm.

- Sizin Azərbaycan əsilli olmağınızla bağlı bir çox fikirlər var. İstərdik bu barədə özünüz danışasınız: Əslən haralısınız?

- 1944-cü ildə əcdadlarımızI Gürcüstandan Qazaxıstana deportasiya ediblər. Əslən türkəm, tərəkəməyəm. Mən də Azərbaycan xalqının bir üzvüyəm.

- Bilirik ki, 2019-cu ildə "Qarabağ"da PRO kateqoriyasına yiyələnmək üçün praktika keçmisiniz. Necə oldu ki, məhz bu klubu seçdiniz?

- Qurban Qurbanov amili, yəqin ki, məşqçilik kariyeramda "Qarabağ"ı seçməyim üçün ən önəmli məqam oldu. Klubda işlərin təşkilini görəndə və ondan danışanda bu seçimi etməyimə təsir etdi. Bir məşqçi üçün əsas məsələ getdiyi komandanın təşkilati cəhətdən necə qurulmasıdır. Buna görə də "Qarabağ"da təcrübə keçmək qərarına gəldim.

- Nəzərə alsaq ki, Qurban Qurbanovun yanında təcrübə keçmək hər məşqçiyə qismət olmur, öyrəndiyiniz ən böyük təcrübə nə oldu? Yaxud Qurbanovun hansı sözünü məşqçilik karyeranızda prioritet tutursunuz?

- Fürsətdən istifadə edərək ona salam göndərmək istərdim. Təşəkkür edirəm ki, məni nəzakətlə qarşıladı və faydalı məsləhətlər verdi. Bizlərə - gənc məşqçilərə dedi ki, hər biriniz öz fəlsəfənizi və oyun tərzinizi tapmalısınız. Onun yanında öyrənmək və inkişaf etmək bir çox yüksək səviyyəli məşqçilərin, məsələn, Yurgen Klopp və Xosep Qvardiolanın yanında öyrənməyə bərabər idi. Bir şeyi də dərk etdim ki, özün olmaq və öz tərzini inkişaf etdirmək lazımdır. Qurban Qurbanov və onun köməkçisi Elçin Rəhmanov Qazaxıstan millisinə baş məşqçi təyin olunmağım münasibətilə məni ilk təbrik edənlər arasında idi.

- Praktikada ikən - 2022-ci il fevralın 24-də Bakıda "Qarabağ"ın Fransanın "Olimpik Marsel" komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyununu izləmişdiniz. Daha sonralar Azərbaycana gəlmək və hansısa oyunu canlı izləmək imkanınız olubmu?

- Bəli, həmin oyunda Tofiq Bəhramov adına stadionu dolu idi və bayram ab-havası hökm sürürdü. Yenidən belə bir bayrama gəlmək, bir daha Bakıda qonaq olmaq arzum var. Bəlkə də yaxın gələcəkdə mümkündür, amma mütləq Bakıya gələcəyəm.

- Millətlər Liqasında ötənilki nəticələrdən sonra Qazaxıstan C Liqasına, Azərbaycan isə D Liqasına düşdü. Bu eniş milli komandaların statusuna nə dərəcədə mənfi təsir göstərdi?

- Bunu demək mənim üçün çox çətindir. Çünki ətraflı şərh etmək üçün komandanın bir hissəsi olmalısan. Amma Azərbaycan millisi üçün bu, problemləri anlamaq və onları daha sürətli həll etmək baxımından bir siqnal olacaq. Əminliklə deyə bilərəm ki, bu, belədir. Ona görə də Azərbaycan millisinə dünya çempionatının seçmə mərhələsindəki oyunlarında uğurlar və qələbələr arzulayıram.

- Azərbaycan milli komandası ilə yoldaşlıq görüşləri keçirməyi düşünürsünüzmü?

- Azərbaycan millisi çox ciddi rəqibdir. Onlarla oynamaq həmişə xoş və məsuliyətli olur. Ona görə də istənilən səviyyədə görüşlər hər iki komanda üçün maraqlı və faydalı olacaq. Yəni, gələcəkdə yoldaşlıq görüşləri keçirilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri