Icma.az
close
up
RU
Qurban Qurbanov: Komandaya yeni nəfəs vermək şansımız olsa, mütləq bu addımı atacağıq

Qurban Qurbanov: Komandaya yeni nəfəs vermək şansımız olsa, mütləq bu addımı atacağıq

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Daha öncə qeyd  etdiyimiz kimi, "Qarabağ" Premyer Liqanın 32-ci turunda "Sabah"la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra uğur əldə etdilər. Bu məni sevindirir. Çempionluğun sayı bəlkə bir az çox görünür. Amma futbolçuların istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum. Hər birinə təşəkkür edirəm. “Sabah”a qarşı əsl çempionluq oyunu oldu. Hər iki komanda tərəfdən ağıllı oyun gördük. Bu stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bunu haqq etdilər. Hər zaman bizimlə oldular. “Sabah”a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Gözəl mənzərə var idi. Hər birimiz sevinirik.

- Futbolçular elə sevinirdi ki, sanki çempion olmayıblar, artıq buna öyrəşiblər...

- Nə qədər çempionluğun sayı çox olsa da, futbolçuları belə motivasiyada saxlamaq vacibdir. Onların arzusu olmasa, bu tempdə saxlamaq çətindir. Qalib gəlmək istəyirdik. Hər bir uğurun ilkləri daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Oyundan sonra sevinməyə gəldikdə, ola bilər ki, orada bir az motivasiya görünmür. Amma hər bir halda, mənə vacib olan meydançadır, orada da oyunçularımın istəyini gördüm.

- Sanki daha çox oynamayan futbolçularla meydana çıxmışdınız. Buna səbəb kubokun finalında da rəqibinizin "Sabah" olması idi, yoxsa oyunçularınıza istirahət vermişdiz?

- Heyəti tam dəyişmişdik. Əvvəlki onbirlik və bugünkü onbirlik tam fərqli idi. Son oyunlarda demək olar ki, heyəti dəyişməmişdim. Kubokun cavab görüşündə də oyunçularda yorğunluq olması hiss edilirdi. Amma bu oyunda da demək olar ki, heyətin hamısını "Araz-Naxçıvan"la matçda da meydana buraxmışdım. Onları qorumaq istədim. Yorğunluqdan sonra yenə yükləmə verəndə, futbolçuların bərpa çox gec olur. Belə hallar ilboyu dəfələrlə olub. 2-3 oyun bir heyət oynayır, onlara yaxşı istirahət vacib olur. Bu gün bundan istifadə etdik. Digər oyunçularımıza da əlavə təşəkkür edirəm. Çoxdandır oynamayanda 90 dəqiqəlik dinamikanı, məsuliyyəti qoruyub-saxlamaq çətindir. Amma bunu bacardılar. Hər çempionatda oyunlarımız olub ki, ikinci heyət kimi düşündüyümüz heyətin çempionluqda payı daha çox olub, nəinki digərlərinin.

- "Qarabağ"ın bu yay heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur. Bu nə dərəcədə doğrudur?

- Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun addım atmaq istəyirik. Əgər bu dəqiqə futbolçuların hamısını dəyişim və deyim ki, 15-20 futbolçu məni orada gözləyir, çox çətindir. Hansı futbolçu ilə işləmişəm,onları göndərmək istəmirəm. Onların əziyyətini, can yandırmasını görürəm, hiss edirəm. Buna görə heç bir futbolçunu göndərmək istəmirəm. Baş məşqçi kimi hansısa futbolçu ilə yollarımızı ayırmaq mənə çətindir. Amma gedişata görə, bu addımı atmaq istəyirik. Komandaya yeni nəfəs vermək, daha da aktivləşdirmək, gücləndirmək üçün imkanımız, şansımız olsa, mütləq bu addımı atacağıq. Futbolçular göndəriləcək, ya yox bu barədə düşünmürük. Sadəcə komandamıza əlavə oyunçular götürmək istəyirik. Çünki kollektivimizdə həmişə 24-25 futbolçu olub. Bu gün tam 20 futbolçumuz var. Neçə futbolçumuz getdi, onların yer hələ ki boş qalıb. Çalışacağıq ki, dəyişikliklər edək. Amma bu o demək deyil ki, qlobal dəyişikliklər olacaq. Gedişata görə belə addım gözlənilmir.

- "Sabah"ın oyunu barədə nə deyə bilərsiz?

- "Sabah"ın oyunun həmişə dəyərləndirmişəm. Çox sürətli, texnikalı hücum xətti var. Təcrübəli yarımmüdafiə və müdafiə xəttinə sahibdirlər. Bu komandaya qarşı yaxşı oyun gsötərmək üçün daha çox hazırlaşmalı və daha çox "Sabah"ı analiz etməliyik. Çünki çox düşünülmüş hücumları var. Diqqətsizlikdən qapımızda qol gördük. "Sabah"ın oyununa, oyun sisteminə, klubun iş prinsipinə çox pozitiv yanaşıram. Ancaq xoş sözlər deyə bilərəm.

- Klubun prezidenti bildirib ki, yayda 4-5 futbolçunun transferi gözlənilir. Sizin indidən gözaltı etdiyiniz oyunçular var?

- Hər ilin sonunda, yekununda rəhbərliklə müzakirələrimiz var. Qarşılıqlı təşəkkürlərimiz olur. İl boyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz daha çox yay "transfer pəncərəsi"nə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil. Gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, onları bəzən əldə edə bilmirik. Son vaxtlar Avropaya daha çox meyillidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə cəhətdən də daha böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asna deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Əgər alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri