Qurban Qurbanov Liverpul la oyundan öncə qərar verdi Enfild də bu futbolçu oynamayacaq
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Yanvarın 28-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Liverpul"un qonağı olacaq "Qarabağ"ın İngiltərə nəhənginə qarşı neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu qarşılaşmada yalnız bir futbolçu Azərbaycan çempionuna kömək edə bilməyəcək.
Qapıçı Şahruddin Məhəmmədəliyevin zədədən sonra tam bərpa olunmadığı üçün kənarda qalacağı güman edilirsə, noyabrın 19-da adı ÇL-in işçtirak ərizəsindən çıxarılan Kadinin meydana çıxmaq şansı yoxdur. "Kəpəz"lə son çempionat oyununda xəsarət alan Bədavi Hüseynova gəlincə, ÇL matçlarında ehtiyatda qalan mərkəz müdafiəçisinin zədəsi ciddi deyil. Həm o, həm də mövsümün 1-ci hissəsini icarə əsasında "Zaqatala"da keçirən, adı turnirin iştirak ərizəsində olmayan qapıçı Amin Ramazanov İngiltərəyə aparılacaq. Baş məşqçi Qurban Qurbanov komanda ruhunu qorumaq üçün bütün oyunçuların Liverpula yollanmasını istəyir.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Nihat
Baxış sayı:104
Bu xəbər 26 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















