Qurban Qurbanov onu Qarabağ da oynatmaq fikrindədir Şamaxı ya keçidi baş tutmayan futbolçu barədə
Icma.az, Sportal.az saytına istinadən bildirir.
U-21 milli üzvlərini heyətinə qatmaqda maraqlı olan "Şamaxı" Hikmət Cəbrayılzadəni də sıralarında görmək istəyirdi. Bu məqsədlə "Qarabağ"a müraciət etsələr də, müsbət cavab ala bilməmişdilər.
Həm "Şamaxı"nın, həm də U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu məsələ ilə bağlı sportal.az saytına açıqlama verib:
"Hikməti U-21 yığmasının son toplanışına çağırmışdım. Çox potensiallı, gələcəyə vəd verən futbolçudur. Sevindiricidir ki, "Qarabağ"ın heyətində "Zalsburq", "Tvente" kimi rəqiblərlə oyunda meydana çıxır. Onun barəsində Elçin Rəhmanovla danışığımız oldu. Hikməti götürmək istəyirdik. Amma Elçin müəllim bildirdi ki, Qurban Qurbanov onu "Qarabağ"da oynatmaq fikrindədir".
Baxış sayı:57
Bu xəbər 23 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















