Icma.az
close
up
RU
Qurban Qurbanov: Qarabağa sevginin azalmasını istəmirəm

Qurban Qurbanov: Qarabağa sevginin azalmasını istəmirəm

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mənə inanıb güvəndiyiniz üçün hər birinizə təşəkkür edirəm".

Apasport.az xəbər verir ki, bunu bu gün keçirilən mükafatlandırma mərasimində "Qarabağ"ın və Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov deyib. 

Təcrübəli mütəxəssis "Qarabağ"ın avrokubok oyunlarından bəhs edib: 

"Hər bir uğurdan sonra məsuliyyətim daha da arttır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması... Mənim üçün məşq prosesi çox vacibdir. "Qarabağ"a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir. Avropada "Qarabağ"a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız sezonumuz olmayıb. 

Avropada oyunlarımızdakı oyun dəqiqəsindən də bəhs edim. Son matçda oyun dəqiqəmiz 58-59 dəqiqə oldu. Amma ona qədər "Sabah"la oynadıq, 45 dəqiqə idi. 11-12 dəqiqə meydanda artıq oynadıq. Hamsı sürətdə, dinamikada.. Fərq çox böyükdür. Bəzən deyirik ki, oyunçu epizoddan istifadə edə bilmədi. Liqamızda oyunçu rahat olur. Avropada isə buna imkan vermirlər. Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri - azarkeşləri düşünürük, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. "Braqa"ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadılar. Bu da təcrübədir. 

İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. "Zirə"ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad və digər məşqçilər... Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdır. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun".

Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanov bu gün mükafatlandırılıb.

Misli Premyer Liqası: XVII turun təyinatları “Araz-Naxçıvan”ın “Sabah” sınağı - YENİLƏNİR DÇ-2026: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub Renat oynadı, komandası məğlub oldu İqor Mitreski: "Neftçi"nin "Qarabağ"a çatması mümkün deyil"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri