Icma.az
close
up
RU
Qurban Qurbanov: “Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz”

Qurban Qurbanov: “Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz”

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ” Misli Premyer Liqasının 6-cı turunda “Azersun Arena”da “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar… 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Tsxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə arxayınlıq oldu. Azarkeşlərimizə təşəkkür edirəm.

– Düşündüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?

– Belə bir fikir ağlıma gəldi. 11-11-ə oynasaydıq, bilmək olmazdı nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.

– Sanki sizin futbolçularınız “Kopenhagen”lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdı. Siz necə düşünürsünüz?

– Nə məndə, nə futbolçularda belə fikir yox idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

– “Kopenhagen”lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördüz?

– Bizim üçün çempionatda hər oyun vacibdir. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. “Qəbələ” 5 müdafiəçi ilə oynayır, “Kopenhagen” isə 4 müdafiəçi ilə. Bəzən onlar da “beşli” müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. “Araz-Naxçıvan”la matçda rotasiyalar etmişdik. “Kopenhagen”lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır. 

– “Qəbələ”nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədir? Onu nəzarətdə saxlayırsız? Gələcəkdə Şahini “Qarabağ”a cəlb etmək barədə düşünürsünüz?

– Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Tsxadadze kimi məşqçisi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Zubir, Kaşuk, Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar.

–  Nəriman Axundzadənin “Kopenhagen”lə matçda heç olmasa 15 dəqiqə oynamaq ehtimalı var?

– Bəli, var.

– Yeni gələn Ramil Şeydayev “Qarabağ”dan gedən Ramil Şeydayevin neçə faizidir?

– Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Bizdəki əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək. 

– Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?

– Bəli, ola bilərdi. (sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 Sentyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri