Icma.az
close
up
RU
Qurban Qurbanov: Rəqiblərimiz güclüdür

Qurban Qurbanov: Rəqiblərimiz güclüdür

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ" – "Zirə" oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…

– İlk növbədə futbolçularımı təbrik edirəm. Fasilə qabağı çox vacib qalibiyyət oldu. Baxmayaraq ki, yorğunluq var idi. İlk hissə bir az daha çətinlik çəkirdik. Lakin fasilədən sonra daha rahat çıxış etdik. Bəlkə də, ikinci hissənin əvvəlində vurulan qol işimizi daha da asanlaşdırdı.

– İlk dəqiqədə vurduğunuz qolun bu qələbə də önəmli rolu olduğunu düşünürsüzmü?

– Ola bilər, hansısa oyunlarda belə hallar olsun. Amma hazırda futbol elə inkişaf edib ki, ilk dəqiqələrdə qol vursan da, son dəqiqələrdə buraxırsan. Bu üzdən də sırf ilk dəqiqələrdə vurulan qolun qələbə gətirdiyini deyə bilmərik.

– Avroliqada "Bodo-Qlimt"lə (2:1) (Norveç) oyuna qədər sanki çətinlik çəkirdiz…

– Ümumiyyətlə, öz müsahibələrimdə də bildirmişdim ki, hər bir rəqib bizə ciddi yanaşır. Futbolda elə vaxt olur ki, bəzən 5-10 qol epizodunu dəyərləndirə bilmirsən. Bəzən də elə olur ki, 2-3 qol şansını dəyərləndirirsən. Əsas odur ki, öz məqsədimizdən əl çəkməyəcəyik. Ola bilər ki, xal da itirə bilərdik. Lakin futbolçularım son ana qədər döyüşdülər.

– "Bodo-Qlimit"lə oyunda bir qədər fərqli heyət buraxmışdız. Növbəti oyunda da belə rotasiyalar görə bilərikmi?

– Ümumiyyətlə böyük oyunlarda heyət dəyişməyin tərəfdarı deyiləm. Lakin bəzən elə olur ki, dəyişiklik etməlisən. Ümumən elə futbolçular var ki, dəyişikliyin pis təsiri olmur. Rəqiblərimiz güclüdü. 90 dəqiqə bizə təsir etmək gücündədilər. Rotasiya etməməyə çalışacam. Amma ola bilsin ki, hansısa futbolçu özünü daha yaxşı tərəfdən göstərsin və dəyişiklik etmək məcburiyyətində qalım.

– Çempionatın 1/3-i geridə qalıb. İlk turda qalib gəldiyiniz "Araz-Naxçıvan" 2-ci pillədə qərarlaşıb. Nə düşünürsüz?

– Elmar Baxşıyevin komandası həmişə yaxşı çıxış edib. Əgər komanda nəticəyə oynamağı bacarırsa, bu onun haqqıdı. Onlara uğurlar arzulayıram. Hələ ki, qarşıda çox oyunlar var. Sevinirəm ki, belə rəqabət yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Noyabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri