Icma.az
close
up
RU
Qurban Qurbanov: Rumıniya futbolu sərtliyi ilə seçilir

Qurban Qurbanov: Rumıniya futbolu sərtliyi ilə seçilir

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilin ilk avrokubok matçına çıxacaqlarını bildirib:

"Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir".

Qurbanov qarşılaşmada hansısa ciddi taktiki dəyişikliklər etməyəcəklərini diqqətə çatdırıb:

"Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər. Sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq".

Təcrübəli baş məşqçi rəqibin prezidentinin iddialı açıqlamasına münasibət bildirib:

"Bu, normaldır. Hər klubun rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Biz də qalib gəlmək niyyətindəyik".

Mütəxəssis bütün kollektivlərə ciddi yanaşdığını deyib:

"FCSB göstərdiyi oyuna və məsuliyyətinə görə haqq etdiyi nəticələri qazana bilib".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see207

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri