Icma.az
close
up
RU
Rumıniya klubunun sabiq futbolçusu: Qurban Qurbanov Azərbaycanda böyük hörmətə sahib məşqçidir EKSKLÜZİV AZƏRTAC

Rumıniya klubunun sabiq futbolçusu: Qurban Qurbanov Azərbaycanda böyük hörmətə sahib məşqçidir EKSKLÜZİV AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 yanvar, AZƏRTAC

"İndiyədək həm FKSB (Styaua Buxarest) , həm də "Qarabağ" Avropada fərqli oyunlar nümayiş etdiriblər".

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Rumıniya millisinin və FKSB-nin sabiq futbolçusu Raul Rusesku deyib.

Keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ”a qarşı keçirəcəyi oyundan danışan 37 yaşlı sabiq hücumçu şansları dəyərləndirib.

O, hər iki komandanın Avropada yaxşı təcrübəyə sahib olduğunu bildirib: "Ancaq müqayisə etsək, FKSB Avropada daha çox təcrübəyə malikdir. Əslində, "Qarabağ"dan daha çox şey gözləyirdim. Çünki onlar bu cür turnirlərdə necə mübarizə aparmalı olduqlarını bilirlər. Lakin hazırkı vəziyyət fərqlidir. Düşünürəm ki, Azərbaycanda olan hava şəraiti həlledici rol oynayacaq. Təmsilçimiz favorit hesab olunur. Komanda bu mövsüm uğurlu nəticələr qazanıb".

Veteran forvard "Qarabağ"ın növbəti mərhələyə yüksəlmək şanslarının az olduğunu söyləyib: "Komanda turnir cədvəlində yaxşı yerdə deyil. Növbəti mərhələyə vəsiqə qazanmaq çətin görünür. Lakin qışda ediləcək transferlərdən də çox şey asılı olacaq".

R. Rusesku Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə də fikirlərini bölüşüb: "Onunla şəxsi tanışlığım olmasa da, oxuduqlarımdan vaxtilə yaxşı futbolçu və hazırda əla məşqçi olduğu barədə məlumatım var. Qurbanov Azərbaycanda böyük hörmətə sahibdir. Futbol dünyasında futbolçu və məşqçi kimi hörmət qazanmaq asan deyil".

Qeyd edək ki, “Qarabağ” FKSB ilə yanvarın 23-də Bakıda qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri