Qurban Qurbanov: Sabah Ferentsvaroşa qarşı səhvsiz oynamağa çalışacağıq
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ" "Ferentsvaroş" qarşı səhvsiz oynamağa çalışacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















