Qurban Qurbanovdan “Tvente” üzərində KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) ilə “Qarabağ” arasında keçirilən oyundan (0:1) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib.
“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. “Qarabağ” olaraq burada üçüncü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan və azarkeşlərdən hər dəfə daha çox zövq alırıq.
Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduğunu hiss etdirdi.
Çox vacib qalibiyyət oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”, – deyə Qurban Qurbanov bildirib.\\oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 Avqust 2026 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















