Qurban Qurbanovun köməkçisi İngiltərə klubunda baş məşqçi OLDU
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Hall Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı ispan mütəxəssislə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. 41 yaşlı mütəxəssis 2012-2014-cü illərdə “Neftçi”də işləyib, 2015-2017-ci illərdə isə “Qarabağ”da Qurban Qurbanovun köməkçisi olub.
Xatırladaq ki, “Hall Siti” klubunun sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu
07 Dekabr 2024 11:31

