Icma.az
close
up
RU
Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı təqdim edilib. Hesabat parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dünənki birgə iclasında müzakirəyə çıxarılıb. İllik hesabatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təqdim edib. Qeyd olunub ki, hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluğunun, Ombudsman Aparatının, Vəkillər Kollegiyasının, beynəlxalq təsisatların, 20 qeyri-hökumət təşkilatının, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb. Həmçinin bildirilib ki, aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib. Vurğulanıb ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün yeni Milli Fəaliyyət Planı”nın layihəsi hazırdır. O qeyd edib ki, sənəd rəy və təkliflərin alınması üçün müvafiq qurumlara göndərilib. Həzi Aslanov Gəncədə insan alveri qurbanlarına sığınacaq tikilməsi üçün ərazinin ayrılmasını istədiklərini deyib. Onun sözlərinə görə, insan alveri qurbanlarının yerləşdirilməsi üçün sığınacaqların Bakıda olması çətinliklər yaradır: “Ona görə də regionlarda sığınacaqların artırılması üçün işlər aparılır”. H.Aslanov həmçinin bildirib ki, ötən il iki Ukrayna vətəndaşı Azərbaycanda sığınacağa yerləşdirilib: "Hər iki qadının doğum haqqında şəhadətnaməsi yoxdur. Ümumilikdə isə ötən illər ərzində sığınacaqlara 350 nəfərdən çox insan alveri qurbanı yerləşdirilib". 


"İnsan alveri ilə bağlı yeni çağırışlar Milli Fəaliyyət Planında nəzərə alınmalıdır"

Millət vəkili Naqif Həmzəyev deyib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planında insan alveri ilə bağlı yeni çağırışlar nəzərə alınmalıdır. Deputat transsərhəd insan alveri şəbəkələri regional və beynəlxalq cinayətkar şəbəkələrin fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarının xarici ölkələrdə istismarı, tranzit və təyinat ölkəsi kimi Azərbaycanın üzləşdiyi çağırışlara toxunub: “Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilib, viza almaq asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik. Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər, lakin saxta yollarla tələbə adını qazanan, əslində, başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşdıran şəxslərə isə asanlıqla viza verilir. Bu məsələlərdə koordinasiya mütləqdir”. 


"Qurbanları vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə, lazımi dəstək verə bilmirik"

Naqif Həmzəyev insan alveri qurbanlarının müəyyənləşdirilməsi və hərtərəfli dəstəklə təmin edilməsini də zəruri sayıb, məlumatlandırma və maarifləndirmə sahəsində çatışmazlıqların aradan qaldırılmasını vacib hesab edib: “Qurbanlara uzunmüddətli sosial, psixoloji və iqtisadi dəstəyin gücləndirilməsi zəruridir. Risk qrupuna aid şəxslərin, xüsusilə əhalinin həssas təbəqələrinin insan alveri təhlükələri barədə məlumatlılıq səviyyəsi artırılmalıdır. Azərbaycanın ucqar kəndləri, hətta kəndlərdən kənarda olan fermer təsərrüfatları var ki, orada çoxlu sayda insanlar yaşayır. Onların, bəlkə də, televiziyaya, mediaya çıxışı olmasa da, əllərində smartfonlar var, sosial şəbəkələrdən aktiv istifadə edirlər. Sosial şəbəkələrin özündə də maarifləndirmə işləri artırılmalıdır. Qurbanları biz vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə, lazımi dəstək verə bilmirik. Çünki qurbanlar çox vaxt baş vermiş hadisəni gizlədirlər. Yeni Milli Fəaliyyət Planında bu istiqamətlərdə çatışmazlıqların aradan qaldırılması üçün addımlar atılması nəzərdə tutulmalıdır”.


"Azərbaycanda insan alveri ilə mübarizə üzrə işçi qrupu yaradılsın"

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycanda insan alveri ilə mübarizə üzrə işçi qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, mobil operatorlara və digər müvafiq təsisatlara insan alverçilərinin müəyyən edilməsi üçün mexanizmlərin hazırlanması öhdəliyi qoyulmalıdır: "Bu tələblər insanların xüsusilə sosial şəbəkələr vasitəsilə tora salınmasının qarşısını almağa dəstək ola bilər. İnsan alveri ilə mübarizə sahəsində süni intellekt tətbiqinin də xüsusi önəmi var. Həmçinin hesab edirəm ki, insan alveri ilə mübarizə sahəsində hazırlanmış yeni fəaliyyət planının geniş müzakirəsi vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri