Qurbanovun əsas heyətə çağırdığı 15 yaşlı futbolçu bu tanınmış şəxsin oğludur FOTOLAR
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Qurban Qurbanov “Qarabağ” U-19 komandasının 15 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, 15 yaşlı futbolçu tanınmış vəkil, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və siyasi şərhçi Xəyal Bəşirovun oğludur. Xəyal Bəşirov tanınmış vəkildir, 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, 15 yaşlı futbolçu, “Qarabağ” komandasının tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb. O, eyni zamanda Azərbaycanın U-16 millisinin də üzvüdür.
Fotoda Xəyal Bəşirov
Baxış sayı:75
Bu xəbər 12 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















