Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

“Qurd”a çevrilən Cəbrayıl Əntiqə Kərimzadə yazır...

“Qurd”a çevrilən Cəbrayıl Əntiqə Kərimzadə yazır...

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Xalq yazıçısı Elçin Əfəndiyevin “Ox kimi bıçaq” əsəri əsasında ekranlaşdırılan  “Arxadan vurulan zərbə” filminin əsas  presonajlarından biri də “ Qurd Cəbrayıl” obrazıdır. Film təqaüddə olan  keçmiş milis işçisi Əhməd Qəmərlinin  müəmmalı şəkildə öldürülməsi ilə başlasa da hadisələr məhz həmin “Qurd Cəbrayıl”ın üzərində cərəyan edir. 

İnanıram ki, əsəri oxuyan hər kəsdə, filmə baxan hamıda bir sual yaranır. Kimdir bu Qurd Cəbrayıl? Yəni onun Azərbaycan ədəbiyyatına, Azərbaycan kinosuna qədər gəldiyi yol inanıram ki, bir çox insanı düşündürüb.

Əsl adı Cəbrayıl Əlibaxış oğlu Baxşıyev olsa da hər kəs onu “Qurd Cəbrayıl” və ya “Paxan Cəbrayıl” kimi tanıyır.  O, 1900-cu ildə Bakının Maştağa kəndində anadan olub. Hələ 6 aylıq körpə olarkən anasını, 9 yaşında isə atasını itirib. Ona babası Sonqulu kişi himayəlik edib. Cəbrayılın babası Sonqulu kişi  indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. “O olmasın, bu olsun” filmində dovğa satan bir kişi “Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası” deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur.

Sonqulu kişi Cəbrayılı dovğa bişirib satmaqla  saxlayırdı. Çox zəhmətkeş insan imiş. Cəbrayıl da babasına bu işdə kömək edirmiş. O, kömək etməklə yanaşı  özünə pul qazanmaq məqsədilə dovğaya su qatarmış. Bundan babası xəbər tutan Cəbrayıl evə gəlməyə qorxur. Elə həmin gecə evə getməmək qərarına gəlir. 

O, “bir-iki günlüyə xalamgilə gedim, babamın hirsi soyuyandan sonra geri qayıdaram” düşüncəsi ilə gəmiyə minir. Yolboyu xalasıgilə çatacağı anı səbirsizliklə gözləyən Cəbrayıl yalnız bir neçə saat keçəndən sonra gəmiyə səhv mindiyini anlayır.
Sərnişinlərdən gəminin uzaq diyara – Həştərxana gedəcəyini bilincə isə ağlamağa başlayır. Yalnız böyüklərin sözləri onu ovudur. Elə həmin gəmi ilə   

Bakıya qayıtmağı düşünürmüş. Taleyin qismətindəndir ki, hava həddindən artıq küləkli olur və gəminin Bakıya dönməyi təxirə düşür.
Limanın yaxınlığında gəzən Cəbrayıl bir nəfərin faytonunun təkərinin çıxdığını görüncə ona yaxınlaşır. 9 yaşlı bu oğlan faytonun təkərini yerinə bərkidir. Bu isə faytonçunun – milliyyətcə tatar olan Ravilin xoşuna gəlir. Cəbrayılın nə üçün tək gəzməsi ilə maraqlanan Ravil ata-anasının olmadığını bilib, ona elə oradaca övladlıq təklif edir:  “Mənim böyük bir qənnadı sexim var, yəni yaşayışım yaxşıdır. Amma övladım olmur. Gəl sən mənə oğul ol”.
Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o, Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrayıl təxminən 9 il Ravilin evində qalır.

Bir gün Cəbrayıl qəbiristanlıqdan keçəndə iki nəfər atlını görüb, qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbiristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada basdırıb, çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə basdırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və... gözlərinə inanmır: orada boynu bıçaqla yaralanmış bir qız görür. Bıçaq boynunda saplanmış qalmışdı. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır və Cəbrayıl özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Xəstəxanada hamı qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyib, xilaskarını həbsdən qurtarır...

Özünə gələndən sonra Yasəmən adlı bu qız başına gələnləri nəql etməyə başlayır: “Atam çox varlı idi. Onun iki qızı vardı – mən və bacım. Atam ölməzdən əvvəl var-dövlətini iki bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbiristanlıqda basdıranlar isə bacımın əri ilə qaynı olub”.
Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişiylə sağollaşıb, qızın evinə köçür. 

Üstündən çox keçməmiş Yasəmən ona qəsd etmiş bacısının həyat yoldaşı və qaynını öldürüb, doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə basdırır. O, ev də daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Beləliklə, Cəbrayılla Yasəmən Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşərkən Yasəmən qatarda qalır. O, Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır...

Sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarır və onunla birgə Bakıya dönür. Onlar artıq ər-arvad münasibətlərində yaşasalar da, bu, rəsmiləşməmiş qalır.

Cəbrayıl göbəkkəsdisi edilmiş xalası qızı Minəxanımla evlənir. Yasəmən də onlarla birgə yaşayırmış, lakin övladı olmadığına görə çıxıb gedir. Yasəməndən fərqli olaraq, Minəxanım düz 7 övlad dünyaya gətirir. Onlardan 2-si uşaq vaxtı dünyasını dəyişir. 
Ümumilikdə isə Cəbrayıla 70 ilə yaxın iş kəsilib. Lakin o, aldığı işin yalnız yarısını – 36 ilini həbsxanada keçirib. 

O daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıbmış. Ancaq kriminal aləmdə daha çox “Paxan Cəbrayıl” kimi tanınırmış. 
Qurd Cəbrayılın oğlu Xoşqədəm  müsahibələrinin birində  “Arxadan vurulan zərbə” filmində “Qurd Cəbrayıl” obrazını ifa edən Yusif Vəliyevlə  eyni küçədə yaşadıqlarını söyləyir.  Aktyor  həmin obrazı oynamamışdan əvvəl Cəbrayılla gəzib, dolanıb.  Onun hərəkətlərini, davranışını, danışığını, jestlərini öyrənib. Hətta Cəbrayılın necə nərd oynadığını da mənimsəyib. 

Oğlu deyirdi ki, Yusif atamın obrazın mükəmməl canlandırıb. Yalnız fərq ondadır ki, atam, tapançadan sərrast atəş açırdı, filmdə isə “Qurd” ustalıqla bıçaq atır.

“Arxadan vurulan zərbə” filmi efirə çıxanda o, artıq dünyasını dəyişmişdi. Cəbrayıl 1976-cı ilin 9 mayında vəfat edib. Filmin çəkilişlərisə 1977-ci ildə başa çatıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri