Icma.az
close
up
RU
Taleyi əfsanəyə çevrilən Əfsanələr Əntiqə Kərimzadə yazır…

Taleyi əfsanəyə çevrilən Əfsanələr Əntiqə Kərimzadə yazır…

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əsrlər boyu taleyin “qız” buxovundan çıxmaq istəsək də, ancaq “Qız yükü duz yükü”, “Qızın döyməyən dizin döyər” kimi atalar sözü eşitməkdən qulaqlarımız qanadı. Doğrudanmı qız övladı evin yüküdür? Doğrudanmı qızların ata evində müəyyən bir “müddət”i var? Müsair dövrdə yaşayırıq deyib, dünyaya car çəksək də, bir çox ailələr bu səsi eşitmir və ya eşitmək istəmir. Müsairlik geyimlə, dini dəyişməklə, müxtəlif əqidələrə qulluq etməklə deyil. Müasirlik günyagörüşünü artırmaq, düşüncələrdə, elmdə, mədəniyyətdə inqilab etməkdir.

Məlum məsələdir ki, Astaranın ucqar kəndindən işləməyə gələn 17 yaşlı Əfsanə üçün bunlar yad mövzular idi. O, təhsil alıb, dünyagörüşünü artırmaq əvəzinə kəndə qayıdıb 17 yaşında ana olmağı seçmişdi. Bu onun qərarı idi, yoxsa valideynlərinin?  Bax bu, hələ də sual altındadır. Yetkinlik yaşına çatmamış bir qızla münasibət quran adamın vicdanı haqqında rəy vermək isə düşünürəm ki, artıqdır. Hər kəs “ikiəlli” razılaşacaq ki, bu hadisə qızın istəyi ilə olub. 17 yaşlı qız uşaq deyil ki, deyənlər sıraya düzüləcklər. Uşaqdır, əlbəttə uşaqdır. 17 yaşlı qız 11-ci sinif şagirdidir. Yeniyetməlik dövrünün ən çılğın və coşğun dönəmlərini yaşayır. Bu dönəmlərdə onun ən böyük dəstəkçisi öz ailəsi olmalı idi. 17 yaşlı qızı ərə vermək çıxış yolu deyildi.

Lap körpəlikdən qız övladına rəngli karandaşlar, kitablar almaq əvəzinə ona cehiz yığanda, həmin qız da məktəb əvəzinə ər evini seçəcək.

Qızlarımıza təhsil veməzdən əvvəl  onlara ilk növbədə özlərinə dəyər verməyi öyrətməliyik. Hislərinə, düşüncələrinə, beyinlərinə, zəhmətlərinə dəyər verməyi öyrətməliyik. Bunu bacarmaq üçün ilk olaraq özümüzü islah etməliyik. Yəni, özümüz özümüzə dəyər verməliyik. Özümüz özümüzə dəyər verərək öyrətməliyik. Ömrünün baharında həyatla vidalaşan Əfsanəyə bunları öyrədən oldumu? Əlbəttə ki, yox. Nə qədər ki, qızlarımıza öz dəyərini bilməyi öyrətmirik, oxumağın vacibliyini izah etmirik, onları ruhən azad böyütmürük hələ taleyi əfsanə çevrilən Əfsanələrin sayı çox olacaq…
17 yaşlı hamilə Əfsanəyə ucqar bir kənddə toy etdilər ki, məsələni kənd camaatından başqa  heç kəs bilməsin. Amma Əfsanə gəlinliyini kəfəninə çevirib ölkəyə car çəkdi.

 Buna taleyin ironiyasımı deyək, yoxsa Allahın ədalətimi…? Hər nə ad veririksə verək, bir  gənc qızın geyindiyi gəlinlik onun kəfəninə çevrildi. Bir gənc ana köçdü bu dünyadan- ana olmadan  ana oldu. Bir mələk dünyaya gəlmədən mələk oldu…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri