Icma.az
close
up
RU
Quru meydança, quru “sülh”

Quru meydança, quru “sülh”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Ötən gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçında qolsuz “sülh” qeydə alındı.

Elitada qalmaq uğrunda can atan gəncəlilərin çempionatın hegemonundan 1 xal qopara bilməsini qənaətbəxş nəticə saymaq olar. “Sarı-göylər” sonuncu dəfə 2023-cü ilin avqustunda, Premyer Liqanın IV turunda “Qarabağ”la 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Ağdam təmsilçisi isə həmin heç-heçənin əvəzini cəmi bir ay sonra XII turdakı görüşdə 7:1 hesablı darmadağınla çıxmışdı. Həmin oyundan sonra “Kəpəz”in çalışdırıcısı Azər Məmmədov baş məşqçi postundan istefa vermişdi.

Əlqərəz, hazırki vəziyyətə görə nə ötən mövsümkü “Qarabağ”, nə də “Kəpəz” var. Ancaq hər halda dördüncü dövrədə keçiriləcək qarşılaşma Azər Bağırov üçün bir siqnal ola bilər.

Oyuna gəlincə, “Qarabağ”ın güclü təzyiqiylə başladı. Lakin “Kəpəz”in qolkiperi Rojeriyo Santosun inamlı çıxışı və Emmanuel Addai, Kadi Borges kimi fultolçuların qol fürsətlərini dəyərləndirə bilməməsi meydan sahiblərinin dadına çatdı.

Matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov meydandakı epizodların dəyərləndirilə bilinməməsinin və oyunun aşağı tempdə keçməsini süni örtüklü meydançanın sulanmadağı ilə əlaqələndirdi. Ardınca Azər Bağırov da həmkarının sözlərini təsdiq etdi. Elə görünən meydançanın durumuna uyğun olaraq matç da quru bərabərliklə yekunlaşdı.
Xal itkisinə baxmayaraq, “Qarabağ” hələ də ən yaxın izləyicisi “Zirə”ni 12 xal fərqlə qabaqlayır.

“Kəpəz” isə sonuncu pillə sahibi “Səbail”dən 5 xal öndədir. Bayıl təmsilçisi bu gün evdə “Neftçi”yə məğlub olarsa, Bağırovun komandasının Premyer Liqada qalmaq şansı daha da yüksələcək.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri