Icma.az
close
up
RU
Quru sərhədləri hələ açılmamalıdır! Deputat

Quru sərhədləri hələ açılmamalıdır! Deputat

Icma.az bildirir, Modern.az portalına istinadən.

8 avqust Vaşinqton görüşündə razılaşdırılan məsələlərdən biri də Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması ilə bağlı olub.

Bu tarixi olaydan sonra quru sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib.

"Quru sərhədlərin bağlı olması ölkəmizi çoxlu təhlükələrdən qoruyur"

Regiona sülh gəlməsi və kommunikasiyaların açılması səbəbindən quru sərhədlərindəki məhdudiyyətlərin də aradan qaldırılmasını düşünənlər var.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov bildirib.

O, qeyd edib ki, bu, təkcə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ deyil:

"Regionumuzun digər qonşu ölkələrində hələ də sabitlik yoxdur. Bu baxımdan bütün riskləri hesablayıb sonra quru sərhədləri aça bilərik. Ancaq xalqımız gördü ki, quru sərhədlərimizin bağlı olduğu dövürdə qonşuluğumuzda nələr baş verdi. Dövlətmiz üçün əsas məsələ vətəndaşlarımızın rifahının və təhlükəsizliyinin təmin edilməsidir.  Xarici təhlükələrin əksəriyyəti də əsasən quru sərhədlərdən daxil olur".

Deputat vurğulayıb ki, quru sərhədlərin açılmasına tələsməməliyik:

"Düzdür, quru sərhədlərin bağlı qalması vətəndaşlarımıza xaricə gedib-gəlməkdə böyük çətinliklər yaradır. Amma bu məsələyə hamının səbrlə yanaşmalı olduğunu hesab edirəm. Quru sərhədlərin açılmasından daha vacibi təyyarə biletlərinin qiymətlərinin qonşu ölkələrin qiymətlərinə uyğunlaşdırmasıdır. Eyni regionda yaşadığımızdan təyyarə biletlərinin qiymətlərində böyük fərq olmamalıdır. Düzdür, bu, xidmət səviyyəsindən asılıdır. Amma qiymətləri uyğunlaşdırmaq mümkündür. Bu baxımdan biletlər aşağı qiymətlə əldə olunarsa, bu həm vətəndaşlarımız üçün, həm xarici turistlər üçün əlçatan olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri