Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Qurumlar qışa necə hazırlaşır? Açıqlama

Qurumlar qışa necə hazırlaşır? Açıqlama

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarşıdan soyuq hava şəraitinin hökm sürdüyü qış mövsümü gəlir.

Qaz, işıq, istilik, yol və nəqliyyat infrastrukturunun qışa davamlı olması, əhalinin fasiləsiz xidmətlə təmin edilməsi vacib məsələlərdəndir.

Bəs görəsən, qış mövsümünə qurumlar necə hazırlaşır?

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.

Müşavirələrdə qeyd edilib ki, rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Qeyd olunub ki, rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb:

"Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum  hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Qeyd olunub ki, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir:

"Bu tədbirlər nəticəsində xəttlər intensiv yağışlar zamanı həm yağış sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilsin. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir".

Bundan başqa nəzərə çatdırılıb ki, qış aylarında problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır:

"Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xəttlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmamışdır. Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir:

İstehlakçıların diqqətinə çatdırılıb  ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

"Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Don vurmadan mühafizə tədbirləri məqsədilə sayğacların üzərində isti materiallarında örtük və quru ağac yonqaları ilə əhatə olunması tövsiyə olunur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də avtoparklarda zəruri tədbirlərin görülməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daşıyıcılara müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlar üzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılması və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir.

Vurğulanıb ki, sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması, avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi, avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması, şinlərin mövsümə uyğun təchiz olunması, avtomobillərin istilik sistemləri ilə təmin edilməsi vacib şərtdir:

"Sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraq sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görməlidirlər".

"Bakı Metropoliteni" QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Metropolitenində mövcud infrastrukturun qış mövsümünə hazırlıq prosesləri, əsasən, başa çatıb.

Verilən məlumata görə, hazırda istənilən hava şəraitində rahat və təhlükəsiz hərəkətin təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində silsilə tədbirlərə hazırlıq tamamlanıb:

"Kompleks işlər və ilkin qiymətləndirmənin nəticələrinə uyğun olaraq ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək".

Payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarının, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən də görülən işlər davam etdirilir.

Bu məqsədlə agentliyin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, eləcə də tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2025-26-cı illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qurumun İdarə Heyəti sədrinin əmri ilə xüsusi qərargah yaradılıb.

Həmin əmrlə tabelikdəki MMC-lərin xidmət göstərdikləri avtomobil yollarında payız-qış mövsümünə hazırlıq, o cümlədən Bakı şəhərinin prospekt və küçələrinin qardan və buzdan təmizlənməsi üzrə Tədbirlər Planı təsdiq edilib.Əmrə uyğun olaraq görülən işlərin icrası və qış mövsümünə hazırlığın gedişi keçirilmiş müşavirədə müzakirə olunub.

Müşavirə zamanı qış aylarında yarana biləcək çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün həyata keçirilən hazırlıq tədbirləri barədə məlumat verilib, məsul şəxslərlə mövcud vəziyyət ətraflı qiymətləndirilib.Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlığın gücləndirilməsi və qarşıda görüləcək işlərin yüksək keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən sorğumuza cavab olaraq bildirib ki, ADY hər il olduğu kimi, bu il də qışa hazırlıq məqsədilə müvafiq işlər görür.

Nəzərə çatdırılıb ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə və infrastruktura texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir:

Bundan başqa qeyd olunub ki, Yeni il tətili ilə əlaqədar artan sərnişin tələbatı nəzərə alınaraq 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr tarixində isə Bakı-Ağdam-Bakı marşrutları üzrə əlavə reyslər təyin edilib:

"Tələbat artacağı təqdirdə Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət edən qatarlara bayram günlərində əlavə vaqonlar qoşulacaq".

"Azərişıq" ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, qurum qış mövsümündə qeyri-sabit hava şəraitinin hökm sürdüyü günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək və İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə mövsümlə əlaqədar bütün qabaqlayıcı texniki və təşkilatı tədbirlər həyata keçirilib.

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətlərin 24 saat fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.

"Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal "199" Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən "199" Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər elektrik enerjisindən istifadəyə görə yaranmış borcu sərt hava şəraitində evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilər. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir".

"Azəriqaz" İstehsalat Birliyindən isə sorğumuza cavab verilmədi.

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see404

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see320

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see246

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see246

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see241

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see240

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see237

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see235

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see231

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see228

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see220

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see218

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see210

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see210

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see197

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see194

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see192

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see183

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see183

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri