Bakıya leysan yağanda qurumlar necə işləyir?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
“Leysan və intensiv yağışlar zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarının əməliyyat qrupları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".
“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
Onun sözlərinə görə, yağış və kanalizasiya xətləri, kollektorlar, baxış quyuları və yağış barmaqlıqları operativ nəzarətdə saxlanılır:
“Su yığıntısı yaranan ərazilərə vəziyyətə uyğun olaraq qəza briqadaları və xüsusi texnika cəlb edilir, tutulmuş xətlərin açılması və suyun çəkilməsi üzrə tədbirlər görülür. Vətəndaş müraciətləri 24 saat fəaliyyət göstərən 955 Çağrı Mərkəzi vasitəsilə qəbul edilir və aidiyyəti əməliyyat qruplarına yönləndirilir. Müdaxilə üçün vahid orta vaxt göstərmək düzgün olmazdı, çünki bu müddət hadisənin miqyasından, ərazidəki vəziyyətdən, eyni vaxtda daxil olan müraciətlərin sayından və texnikanın əlçatanlığından asılı olaraq dəyişir. Prioritet təhlükə və risk səviyyəsi daha yüksək olan ərazilərə verilir”.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















