Icma.az
close
up
RU
Qurunun oduna yanan yaş KÜNCDƏN BAXIŞ

Qurunun oduna yanan yaş KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Sosial şəbəkələrdə müxtəlif şəxslərin canlı yayımlar, paylaşımlar və şəxsi müraciətlər vasitəsilə pul, ianə və maddi dəstək toplaması proses getdikcə daha çox vüsət alır. Bəzi hallarda bu fəaliyyət “sosial şəbəkə dilənçiliyi” adlandırılır. Onların arasında həqiqi ehtiyacı olanlar da var, fırıldaqçı saxtakarlar da. Lakin əksəriyyət bunları ayırd edə bilmir. Nəticədə fırıldaqçılar, həqiqi ehtiyac sahiblərindən daha çox vəsait toplayırlar.

Yəni, bu prosesdən paralel olaraq hər iki tərəf faydalanır. Bir tərəfdən, həqiqətən ağır və bahalı müalicəyə ehtiyacı olan insanlar cəmiyyətə müraciət edərək yardım toplayırlar və bu, humanist addımdır. Lakin digər tərəfdən, bu platformalardan sui-istifadə edən dələduzlar saxta uşaq şəkilləri, uydurma hekayələr və təsirli videolar paylaşaraq insanların emosiyalarından istifadə edir, kart hesabları vasitəsilə böyük məbləğlər toplayırlar.

Bu isə nəticədə cəmiyyətdə inamsızlıq yaradır və “qurunun oduna yaş da yanır” vəziyyəti formalaşır. İnsanlar artıq real ehtiyac sahibi ilə dələduzu ayırd etməkdə çətinlik çəkirlər. Savadsızlıq və məlumat azlığı səbəbindən bir çox insan bu fərqi görə bilmir və emosional paylaşımlara tez inanır. Nəticədə isə saxta kampaniyalara böyük məbləğlər yönləndirilir, real ehtiyac sahibləri isə zərər görür. Lakin bunun ayırd edilməsinin sadə yolları var. Həqiqi ehtiyacı olan şəxslər adətən bütün məlumatları açıq şəkildə paylaşırlar. Ünvan, əlaqə nömrələri, ailə məlumatları, tibbi sənədlər və müalicə prosesi barədə detalları təqdim edirlər.

Onlayn fırıldaqçılıq halları ciddi şəkildə araşdırılmalı və qarşısı alınmalıdır. Aidiyyəti dövlət orqanları bu kimi hallara qarşı daha sərt tədbirlər görməlidir. Eyni zamanda, bu sahədə tənzimləmə mexanizmləri yaradılması vacibdir. Məsələn, yardım kampaniyaları yalnız rəsmi platformalar və ya xeyriyyə fondları vasitəsilə həyata keçirilə bilər. Bu halda şəffaflıq təmin olunar və sui-istifadə imkanları azalır. Cəmiyyət də bu prosesdə diqqətli olmalıdır. Şübhəli səhifələr blok edilməli, şikayət olunmalı və digər istifadəçilər də xəbərdar edilməlidir. Paralel olaraq hüquq-mühafizə orqanlarına müraciətlər də artırılmalıdır ki, bu cür fəaliyyət göstərən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunsun.

Dövlət tərəfindən müxtəlif sosial yardım paketləri mövcuddur, ünvanlı sosial yardım, sosial müdafiə proqramları və digər dəstək mexanizmləri. Bundan əlavə, xeyriyyə cəmiyyətləri və fondları, həmçinin imkanlı şəxslər də çətin vəziyyətdə olan insanlara yardım göstərirlər. Buna görə də belə şəxslərə dəstək məhz bu mexanizmlər vasitəsilə göstərilməlidir, onların sosial şəbəkədə sadə insanlara müraciət ünvanlamasına ehtiyac qalmamalıdır. Saxtakarların çoxalması həqiqətən ehtiyacı olan insanların vəziyyətini daha da çətinləşdirir. Çünki insanlar aldadıldıqları üçün bəzən həqiqi ehtiyacı olanlara da yardım etmirlər.

Bir çox ölkələrdə bələdiyyələr və xeyriyyə təşkilatları da çətin vəziyyətdə olan insanlara dəstək göstərir. Bu imkanlardan daha geniş istifadə olunmalıdır.

Bizdə də, müxtəlif xeyriyyə fondları, o cümlədən Heydər Əliyev Fondu hər il minlərlə belə insana dəstək verir. Əgər şəxsin ağır xəstəliyi varsa və müalicə üçün böyük məbləğdə vəsait tələb olunursa, cəmiyyətimiz də adətən belə hallarda yardım göstərir. Bu yardımlar birbaşa müraciətlər və xeyriyyə kampaniyaları vasitəsilə də toplanır.

Ümumilikdə, yardım mədəniyyəti qorunmalı, lakin eyni zamanda dələduzluğa qarşı ciddi mübarizə aparılmalıdır. Sosial şəbəkələrin inkişafı bir tərəfdən xeyriyyəçiliyi asanlaşdırsa da, digər tərəfdən inamsızlıq və sui-istifadə risklərini də artırır. Buna görə həm dövlət, həm də cəmiyyət bu məsələdə daha diqqətli olmalıdır. Ümumiyyətlə, elə bir sosial sistem qurulmalıdır ki, heç bir vətəndaş acınacaqlı vəziyyətdə qalmasın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri