Icma.az
close
up
RU
Qusardan Rusiya, Qətər və Ərəb Əmirliklərinə meyvə ixrac olunur REPORTAJ

Qusardan Rusiya, Qətər və Ərəb Əmirliklərinə meyvə ixrac olunur REPORTAJ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qusar, 1 may, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin digər bölgələrində olduğu kimi, Qusarda da intensiv bağçılığın inkişafına böyük imkanlar yaradılır, dövlət dəstəyi göstərilir. Bioloji yaş həddini keçmiş ənənəvi bağlar ləğv edilir, yerində müasir tipli intensiv və superintensiv bağlar salınır. Müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətədavamlı məhsul istehsalı və suya qənaət etməkdir.

Qusarda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu anbar kompleksi də belə təsərrüfatlardan biridir. Prezident İlham Əliyev aprelin 30-da cəmiyyətin bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri bağçılıq və soyuducu anbar kompleksinə gedərək, burada görülən işlər barədə ətraflı məlumat əldə edib. Bu barədə reportajı təqdim edirik:

Son illər Qusarda rayonunda intensiv və superintensiv meyvə bağlarının sahəsi artırılaraq, 14 min 611 hektara çatıb.

Bədirqala kəndində fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu anbar kompleksi rayonun meyvə istehsalında xüsusi çəkiyə malikdir. Cəmiyyət tərəfindən Qusarda 330 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv meyvə bağları salınıb.

MMC-nin baş direktoru Nəcəf Cəfərli bildirib ki, hazırda 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas becərilir.

“Meyvəçilikdə alma və sərt çəyirdəklilər bizim prioeritet istiqamətimizdir. Müəssisəmiz 2009-cu ildən fəaliyyətə başlayıb. Bu gün artıq 330 hektardan çox bağ sahəmiz var. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Soyuducu anbar kompleksimizdəki bütün texnologiya Avropanın inkişaf etmiş şirkətlərinin avadanlıqlarından ibarətdir. Eyni zamanda, saatda 14 ton istehsal gücünə malik müasir çeşidləmə qurğumuz da var. Bu texnologiyanın üstünlüyü ondadır ki, alma və sərt çəyirdəkliləri çeşidləyə bilir. İstehsal etdiyimiz məhsulların 40-45 faizi Azərbaycanda satılır. Qalan hissəsi isə xaricə - Rusiyaya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Gələcəkdə ixracda digər Körfəz ölkələrinin və alternativ bazarların payını artırmağı hədəfləyirik. Bununla da “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıdırıq”, - deyə Nəcəf Cəfərli söyləyib.

Bağçılıq və soyuducu anbar kompleksində yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir.

Soyuducu anbar kompleksinin rəhbəri Vüsal Qəmbərovla söhbət zamanı deyir ki, anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib: “Burada Almaniyanın, Niderlandın ən son texnoloji avadanlıqları tətbiq olunub. Bu texnologiyalar almanın, armudun və digər məhsulların uzunmüddətli və keyfiyyətli saxlanmasını təmin edir. Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir. Bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır”.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub.

Aqranom Cəlil Niftəliyev isə bağlara ilboyu aqrotexniki qulluq göstərilməsindən danışır. Deyir ki, bağlarda alma, armud, şaftalı, nektarin və gilas becərilir. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da su itkisinin qarşısını alır. Hazırda isə müşahidələr aparılır. Zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

Qusar rayonunda istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri