Icma.az
close
up
RU
Qusman getdi, TASS erməniləşdi: Rusiya dövlət agentliyi Xankəndiyə “Stepanakert” dedi

Qusman getdi, TASS erməniləşdi: Rusiya dövlət agentliyi Xankəndiyə “Stepanakert” dedi

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Rusiya dövlət informasiya agentliyi TASS-ın redaksiya siyasətində diqqətçəkən dəyişiklik baş verib.

Musavat.com xəbər verir ki, uzun illər agentliyin rəhbərliyində yer alan və Azərbaycan mənşəli tanınmış media fiquru Mixail Qusmanın vəzifədən uzaqlaşdırılmasından dərhal sonra “Xankəndi” toponimi agentliyin xəbərlərindən çıxarılıb və əvəzində erməni separatçılarının istifadə etdiyi “Stepanakert” adı yenidən dövriyyəyə buraxılıb.

Bu, təkcə texniki dəyişiklik deyil, Rusiya mediasının Azərbaycana qarşı ideoloji mövqe sərgiləməsinin bariz nümunəsidir. TASS – sıradan media qurumu deyil, Kremlin rəsmi informasiya ruporudur. Onun bu cür simvolik addımları Moskvanın Azərbaycanla informasiya savaşı taktikasını dərinləşdirdiyini göstərir. pizza sifarişi

Musavat.com bir daha bildirir ki, Azərbaycan torpaqlarında “Stepanakert” adlı şəhər yoxdur. Bu ad erməni silahlı dəstələrinin lideri, türk qatili Stepan Şaumyanın adını daşıyır və Azərbaycan xalqına qarşı həyata keçirilmiş tarixi zorakılıq və işğalçılığın simvoludur. İndi, Azərbaycan Xankəndini işğaldan azad etmişkən və şəhər üzərində tam suverenlik bərpa olunmuşkən, Rusiya dövlət agentliyinin bu adı yenidən dövriyyəyə salması Kremldən gələn açıq təxribatdır.

Bu dəyişiklik təsadüfi deyil – Ermənistanda rəsmi dairələr belə artıq “Xankəndi” adından istifadəyə başlayıblar, yeni regional reallığı qəbul edirlər. Lakin Rusiya – xüsusilə də TASS kimi dövlətə bağlı strukturlar – bu reallığı qəbul etməməkdə israrlıdır. Bu, yalnız redaksiya seçimi deyil, Kreml ideoloqlarının Azərbaycana qarşı qərəzli mövqeyinin bariz göstəricisidir.

Bu addım eyni zamanda Moskvanın Azərbaycanla normallaşma prosesində maraqlı olmadığını, əksinə, narazılığı tətikləməyə, gərginliyi diri saxlamağa çalışdığını göstərir. Azərbaycan ictimaiyyətində Rusiya ilə bağlı formalaşmış etimadsızlıq mühitini daha da dərinləşdirən bu cür informasiya sabotajları Moskvanın ikili standart siyasətinin davamıdır.

Musavat.com-a görə:

– TASS-ın “Stepanakert” israrı bir mətbuat səhvi deyil, ideoloji mövqedir.

– Bu, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurur və informasiya müharibəsinin açıq təzahürüdür.

– Azərbaycan dövləti və ictimaiyyəti bu cür provokasiyalara biganə qalmamalı, rəsmi və qeyri -rəsmi şəkildə etiraz bildirməlidir.

Rusiya Azərbaycanla strateji tərəfdaş olduğunu iddia edirsə, ilk növbədə onun suverenliyinə, rəsmi toponimlərinə və ərazi bütövlüyünə hörmət etməlidir. Əks halda, bu cür informativ təxribatlar regionda yeni etimad böhranlarına yol açacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri