Icma.az
close
up
RU
Quterreş Bakıdan həyəcanlı çağırış etdi: Vaxt azdır!

Quterreş Bakıdan həyəcanlı çağırış etdi: Vaxt azdır!

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi.

Modern.az-ın məlumatına görə, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb.

“Liderlər konkret nailiyyətin vacibliyini vurğulayıblar. Nümayəndə heyətləri və COP Sədrliyi ortaq dil tapmaq üçün çox çalışır. Lakin saat işləyir (vaxt gedir – red.). Razılaşma üçün niyyət hiss edirəm. Artıq uyğunlaşma sahələri açıq görünür. Əsasını maliyyə təşkil edən bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil”, - deyə Baş katib əlavə edib.

Quterreş qeyd edib ki, indi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır:

“Mən COP29-da danışıqlar aparan şəxs deyiləm. Ancaq nümayəndə heyətlərini dinləmişəm. İndi ilkin mövqedən çıxmağın və mümkün kompromis sahələrini tanımağın vaxtıdır. Hələ də vaxtımız var. Düşünürəm ki, bu mümkündür. Əminəm ki, razılaşmaya nail olunacaq. Əsas məsələ tərəflərin ilkin mövqeyinin nə olması deyil. Əsas məsələ ambisiyalı nəticələrə gətirib çıxaracaq kompromis yollarını tapmaqdır”, - deyə Quterreş bildirib.

Maliyyə artımının vacibliyini vurğulayan Baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.

A.Quterreş diqqətə çatdırıb ki, maliyyə nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı sərmayədir. “Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və ortagəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli maliyyə elan etdilər. Bu maliyyə 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək. Mən hər bir tərəfi addımlar atmağa, sürəti artırmağa çağırıram, vaxt azdır”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri