Quterreş: “Hindistanla Pakistan arasında vasitəçi kimi xidmət göstərməyə hazıram“
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Report” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə açıqlama verən baş katib, 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmirdəki Pahalgam bölgəsində baş verən terror aktından sonra bölgədəki emosional vəziyyətin nəzarət altına alınmasının vacibliyinə diqqət çəkib: “Mən bir daha həmin hücumu qətiyyətlə pisləyirəm və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Dinc sakinləri hədəfə almaq qəbuledilməzdir. Bu dəhşətli cinayəti törədənlər şəffaf, etibarlı və qanuni vasitələrlə məsuliyyətə cəlb olunmalıdır”.
A.Quterreş bildirib ki, hazırkı kritik məqamda hərbi qarşıdurmadan çəkinmək son dərəcə vacibdir: “İndi maksimum təmkin göstərmək və uçurumun kənarından geri çəkilmək zamanıdır. Unutmayaq ki, hərbi müdaxilə həll yolu deyil. Mən sülh naminə hər iki hökumətə vasitəçi kimi xidmət göstərməyə hazıram. BMT gərginliyin azaldılmasına, diplomatiyanın gücləndirilməsinə və sülhə sadiqliyin yenilənməsinə yönəlmiş hər bir təşəbbüsü dəstəkləməyə hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 May 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















