Icma.az
close
up
RU
Qutseriyev Belarus liderinin sirlərini FTB yə satmaq istəyirdi...

Qutseriyev Belarus liderinin sirlərini FTB yə satmaq istəyirdi...

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Avropa Birliyi Lukaşenkoya xəyanət edəcəyinə söz verən milyarderə qarşı sanksiyaları ləğv etdi...

...SİA xəbər verir ki, “Radio Svaboda”-nın məlumatına görə, Avropa İttifaqı rusiyalı milyarder Mixail Qutseriyev və belaruslu iş adamı Viktor Şevtsovu Aleksandr Lukaşenko rejimini dəstəklədiklərinə görə daxil edildikləri AB sanksiya siyahısından çıxarılıblar.

Səbəb iş adamlarının məhkəmələrdə qələbələri olub və bundan sonra Brüssel məhdudiyyətləri qorumaq üçün hüquqi əsas tapa bilməyib.

Xatırladaq ki, bundan əvvəl Qutseriyev sanksiyalara etiraz etməkdə uğur qazana bilmədi. 2023-cü ilin sentyabrında Aİ Baş Məhkəməsi onun iddiasını rədd etdi və 2025-ci ilin may ayında Avropa Birliyi Məhkəməsi apelyasiya şikayətini təmin etməkdən imtina etdi.

Lakin, 2025-ci ilin oktyabrında məhkəmə 2024-cü il üçün qərarları, 13 may 2026-cı ildə isə sanksiyaların 2025-ci ilin fevral ayından uzadılması qərarını ləğv etdi.

Məhkəmə belə bir nəticəyə gəldi ki, Aİ Şurası Qutseriyevin Lukaşenkonu dəstəkləməyə davam etdiyinə və ya onun rejimi ilə əlaqələrindən faydalandığına dair kifayət qədər dəlil təqdim etməyib.

Qutseriyev ilk dəfə 21 iyun 2021-ci ildə Aİ sanksiyalarına məruz qalıb. Avropa hakimiyyəti onu Lukaşenkonun dostu adlandırıb.

Məhdudiyyətlərin səbəbləri arasında iş adamının Nejinski Mədən və Emalı Zavoduna yatırdığı investisiyalar, eləcə də 2020-ci ilin sentyabrında Lukaşenkonun andiçmə mərasimində iştirakı da olub.

Qeyd etmək lazımdır ki, Çexiya nəşrləri Denik N, Respekt Çexiya polisi və xüsusi xidmət orqanlarının bağlanmış sənədlərinə istinad edərək, 2022-ci ildə rusiyalı milyarder Mixail Qutseriyevin Qərbin özünə və biznesinə qarşı sanksiyalarının qaldırılması müqabilində Lukaşenko və Putinin sirlərini ABŞ-ın Federal Təhqiqat Bürosuna (FTB) satmağa çalışdığını aşkar ediblər.

Gizli danışıqlarda vasitəçilər Çexiya xüsusi xidmət orqanları və Praqadakı Milli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzində (NCOZ) işə düzəlib və hazırda Gürcüstandan istintaq altında olan ikiqat agent idi.

Çexiya nəşrlərinin məlumatına görə, Gürcüstandan olan xüsusi xidmət zabiti Rusiyanın Ukraynaya müdaxiləsi başladıqdan sonra Qutseriyevə FTB nümayəndələri ilə iki dəfə görüşməyə kömək edib.

Oliqarx amerikalılara Vladimir Putin və Aleksandr Lukaşenkonun planları barədə məlumat verib və bunun müqabilində Qərb sanksiyalarının ləğvini istəyib.

...Və sonda razılaşma baş tutmayıb və milyarderə qarşı sanksiyalar heç vaxt ləğv edilmədi..?

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri