Qvardiola: “Edə biləcəyim tək şey həll yolu tapmaqdır”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Maneçster Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada "Liverpul"a qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
"Liverpul"u təbrik edirəm, qələbəyə layiq idilər. İlk 15-20 dəqiqə onları dayandırmaq mümkün olmadı. Bəxtimiz də gətirmədi və qol vurdular. Fiziki cəhətdən bizdən daha güclü idilər.
Müdafiədə daha etibarlı olmalıyıq. Nə deyə bilərəm? Edə biləcəyim tək şey həll yolu tapmaqdır. Doğru zamanda komandanın yenidən zirvələrdə olması üçün lazım olan qərarları verəcəyik".
"Liverpul" Premyer Liqada 34 xalla birinci sıradadır. "Mançester Siti" isə 23 xalla beşinci pilləni tutub.

Qvardiola: “Edə biləcəyim tək şey həll yolu tapmaqdır”
02 Dekabr 2024 14:16
Qvardiola Sitini tərk edə bilər?
23 Noyabr 2024 12:08
Bunu Alonsodan tez yalnız Qvardiola edə bilib
22 Dekabr 2024 14:51
Qvardiola Sitini tərk edə bilər? Detalları özü açıqladı
23 Noyabr 2024 11:32
Qvardiola yeni transfer haqda: “Hər kəs səhv edə bilər”
26 Yanvar 2025 12:23

