Qvardiola: “Əmin olmasaydım, bu uşaqlarla işləməzdim”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın uğursuz çıxışı haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis "şəhərlilər"in qələbəsizlik seriyası ilə bağlı bunları deyib:
"Hamı vəziyyətin düzəlməyini istəyir. Hər gün bunun üçün çalışırıq. Oyunlarda mübarizə aparsaq da, nəticə istədiyimiz kimi olmur. Futbolçularıma qələbənin yolunu tapmaqda kömək etmək istəyirəm. Onların bunu bacaracağını bilirəm. Əmin olmasaydım, bu uşaqlarla işləməzdim".
"Mançester Siti" Premyer Liqada ardıcıl beş oyundur, uduzur. Komanda 13 turdan sonra 23 xalla 5-ci sıradadır.

Qvardiola: “Əmin olmasaydım, bu uşaqlarla işləməzdim”
04 Dekabr 2024 18:20
Təhlükəsizliyimiz əmin əllərdədir
04 Fevral 2025 15:33
Qvardiola boşandı
14 Yanvar 2025 10:40
Qvardiola şikayətləndi
05 Noyabr 2024 21:09
“ArazNaxçıvan” əmin addımlarla irəliləyir YENİLƏNİB
06 Noyabr 2024 20:53

