Qvardiola: “İstənilən komanda ilə rəqabət apara bilərik“
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada bazar günü “Liverpul”a qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis istənilən rəqibə qarşı mübarizə apara biləcəklərini qeyd edib:
“İstənilən komanda ilə rəqabət apara bilərik, lakin iki mərkəz müdafiəçimiz (Con Stonz və Akanji) iki və ya üç ay meydandan kənarda qalacaq. Premyer Liqa bizim üçün çox vacibdir. Qeyri-sabit strukturumuz var, lakin bəzi matçlarda, məsələn, “Nyukasl” oyunda yüksək səviyyəli performans göstərdik. Yaxşı oynayacağıq və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq üçün lazım olan xalları almağa çalışacağıq”.
Xatırladaq ki, bu həftə “Mançester Siti” “Real Madrid”ə uduzaraq (ümumi 3:6) Çempionlar Liqasından kənarlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 21 Fevral 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















