Icma.az
close
up
RU
İstənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik Riera Sabah dan danışdı

İstənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik Riera Sabah dan danışdı

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan Sloveniyanın "Sele" klubunun baş məşqçisi Albert Riera püşkü dəyərləndirib.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun saytına müsahibəsində deyib ki, "Sabah"ı təhlil etmək üçün vaxtları çoxdur:

 "Püşkatma zamanı azarkeşlər və futbolçular rəqiblərlə bağlı hesablamalar aparır. Amma unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokuboklara vəsiqə qazanır. Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir. İlk maneəmiz “Sabah” olacaq ki, qarşılaşmaya hələ çox vaxtımız var. Rəqibi hərtərəfli təhlil edə biləcəyik. Ötən mövsüm güclü rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq".

A.Riera ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləmələrinin onlarda inam yaratdığını, ancaq bunu unutduqlarını, yeni məqsədlər üçün oynayacaqlarını bildirib: "Hər mövsüm fərqlidir. Ötən mövsüm əldə etdiyimiz şey fantastik idi. Biz təkcə klubun deyil, bütün ölkənin fəxr edə biləcəyi Sloveniya klub futbolunun tarixini yazdıq. Bu bizim üçün çox şey deməkdir. Futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni məqsədlər qoymalı və onlara çatmaq üçün hər şeyi etməlisən. Yeni mövsümə də bu düşüncə ilə daxil oluruq. Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq. Çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik. Biz yeni uğurlara can atırıq".

Qeyd edək ki, “Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri