Qvardioladan ÇL etirafı: Tərs ehtimallar var
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlindəki mövqeyindən danışıb.
Publika.az xəbər verir ki, o, tərs ehtimallarının olduğunu bildirib:
“İndi Çempionlar Liqasında pley-offa düşməmək riskimiz var... Əlbəttə, risk var! Biz riski gözə alırıq. Bizə xallar qazanmaq, qalib gəlmək lazımdır. Əks halda Çempionlar Liqasından kənar qalacağıq!"
Qeyd edək ki, 6 turdan sonra “şəhərlilər” ÇL-də 8 xalla 22-ci yerdədir.
Heybət
Baxış sayı:65
Mənbə:https://publika.az