Qvardioladan karyerasında bir ilk
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Dünən, aprelin 4-də “Etihad” stadionunda 2025/2026 mövsümü İngiltərə Kubokunun 1/4 final mərhələsinin matçı baş tutub.
İdman.Biz xəbər verir ki, “Mançester Siti” inamlı oyun nümayiş etdirərək “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində 39, 45+2 və 57-ci dəqiqələrdə fərqlənən Erlinq Holand het-trikə imza atıb. Daha bir qolu isə 50-ci dəqiqədə Semenyo rəqib qapısından keçirib.
Bu, komandanın cari mövsümdə “Liverpul” üzərində ardıcıl üçüncü qələbəsi olub. Daha əvvəl “Siti” Premyer Liqa çərçivəsində mersisaydlıları 2:1 və 3:0 hesabı ilə üstələmişdi.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün bu, turnirdən asılı olmayaraq komandasının “Liverpul”a ardıcıl üç dəfə qalib gəldiyi karyerasında ilk belə haldır.
Premyer Liqada isə “Mançester Siti” növbəti oyununu aprelin 12-də səfərdə “Çelsi”yə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Aprel 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















