Icma.az
close
up
RU
QvineyaBisau Prezidenti “Azərbaycanım” jurnalının Redaksiya Şurasının fəxri üzvü seçildi Yeni Çağ Media

QvineyaBisau Prezidenti “Azərbaycanım” jurnalının Redaksiya Şurasının fəxri üzvü seçildi Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

Noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakı şəhərində keçiriləcək COP29 Bakı İqlim Konfransının işində fəal iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü seçilib.

Tədbir öncəsi Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli yüksək qonağı salamlayaraq onun ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması üzrə qlobal səyləri dəstəkləmək öhdəliyinə sadiqliyini vurğulayıb.

Görüşdə Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun jurnalın fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
Sonra baş redaktor Emil Nəsirli xüsusi qeyd edib ki, Bakıda keçiriləcək COP29 konfransı iqlim dəyişmələrinə qarşı qlobal səylərdə əsas addımlardan biridir. Onun məqsədi iqlim dəyişmələri ilə bağlı problemlərin aradan qaldırılması üçün siyasi iradənin və lazımi maliyyə resurslarının səfərbər edilməsi, bu sahədə məqsədlərə nail olmaq üçün strategiyaların həyata keçirilməsidir.

O, vurğulayıb ki, Konfransın Bakıda keçirilməsi Azərbaycanın bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizə üçün ekoloji texnologiyaların tətbiqi sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsindən xəbər verir.

Baş redaktor Emil Nəsirli onu da bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalı 20 ilə yaxındır ki, maraqlı, məzmunlu yazıları ilə oxucularının görüşünə gəlir. Jurnalın kollektivi Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılması üçün layiqincə çalışıb, bu istiqamətdə böyük səylər göstərib. E.Nəsirli onu da qeyd edib ki, “Azərbaycanım” beynəlxalq jurnalı diaspor təşkilatları, yerli və beynəlxalq qurumlar, Azərbaycanın dostları olan nüfuzlu şəxsiyyətlər, ictimai-siyasi xadimlər ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində çoxşaxəli, səmərəli işlər görüb. Bunun nəticəsidir ki, “Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində geniş oxucu auditoriyası qazanıb.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində işıqlandırılan rəngarəng materialları böyük maraqla izlədiklərini bildirib və fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib.

Sonra Prezidenti Umaru Sisoku Embalo bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb və Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib. Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunulub, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Umaru Sisoku Embalo vurğulayıb ki, COP29 emissiyaların azaldılması və iqlim risklərinin yumşalması üzrə qlobal məqsədlərə nail olmaq üçün zəruri olan yeni maliyyələşmə mexanizmlərinin işlənib hazırlanmasında və texnologiyaların tətbiqində mühüm addım olacaq.
Daha sonra görüşdə Qvineya-Bisau Respublikasının aparıcı kütləvi informasiya vasitələri ilə “Azərbaycanım” beynəlxalq jurnalı arasında informasiya mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsi, bu əlaqələrin Qvineya-Bisau Respublikasının Azərbaycanda, ölkəmizin isə Qvineya-Bisau Respublikasında tanıdılması üçün zəruri vasitələrdən istifadə edilməsinə töhvə olacağının vacibliyi ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Noyabr 2024 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri