Qyökereş bu klubla razılaşdı
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Sportinq”in hücumçusu Viktor Qyökereş karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, isveçli futbolçu “Arsenal”la razılığa gəlib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. London klubu oyunçunu 6 illik müqaviləyə razı salıb.
“Arsenal” “Sportinq”lə danışıqları davam etdirir.
Qyökereş başa çatan mövsümdə 52 oyunda 54 qol vurub, 13 məhsuldar ötürmə edib.

