Qyökereş qarşısıalınmazdır
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sportinq"in hücumçusu Viktor Qyökereş ötən gecə növbəti qolunu vurub.
QOL.az xəbər verir ki, onun komandası Portuqaliya çempionatının 13-cü turunda "Moreyrense" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
"Sportinq"in yeganə qolunu məhz Qyökereş vurub. Nəticədə 26 yaşlı forvard 2024-cü ildəki qollarının sayını 60-a çatdırıb. Belə göstərici ilə o, 2024-cü ilin bombardirləri sıralamasındakı liderliyini daha da gücləndirib.
Qyökereş bu 60 qoldan 10-na İsveç millisinin heyətində imza atıb. Həmin 10 qoldan 5-i isə Azərbaycan yığmasının qapısına (Millətlər Liqası, 1-ci və 6-cı tur) vurulub.
Xatırladaq ki, 2023-cü ilin ən yaxşı bombardiri “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olmuşdu - 54 qol.
Qeyd edək ki, Qyökereşin 2024-cü ildəki uğurlu çıxışı bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyərinin 70 milyon avro olduğu bildirilir.
Baxış sayı:124
Bu xəbər 06 Dekabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















