Icma.az
close
up
RU
Raçkovski: alkoqol qəbulu iddiasıyla qovuldu, Ağayevə mane oldu

Raçkovski: alkoqol qəbulu iddiasıyla qovuldu, Ağayevə mane oldu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bilindiyi kimi, yığmanın bugünkü matçında ədaləti Pavel Raçkovski təmsil edəcək. Yığmamız polşalı referinin idarəçiliyi altında baş tutan oyuna yalnız qələbə qazanmaq üçün çıxacaq ki, C liqasında qalmaqla bağlı cüzi şanslarından yararlana bilsin.

Bəs Raçkovski kimdi? Öyrənmək üçün qəzetimizin ənənəvi hakim təqdimatına keçid alaq.
Polşalı referi karyerasına ölkəsinin aşağı liqasında başlayıb. Burda 30 matç idarə edəndən sonra elita klublarının yarışında şans qazanan “fit sahibi”nin bacarıqları FİFA-nın da diqqətindən yayınmayıb. Beləliklə, Raçkovski 2013-cü ildən bəri beynəlxalq oyunlara təyinat almağa başlayıb. Amma hələ ölkə daxilindəki karyerasına nəzər salaq.
Raçkovski Polşanın əsas çempionatında ilk görüşünü 2010-cu ildə keçirib. O indiyə qədər bu çərçivədə 331 qarşılaşma idarə edib ki, 1550 sarı, 71 qırmızı vərəqə göstərib. Vaxtilə ona Yunanıstan Futbol Federasiyası da güvənib və bir superliqa matçının idarəçiliyində xidmətindən yararlanmağı lazım bilib. Xatırlayırsızsa, ötən ilin mayında məhz Raçkovskinin rəhbəlik etdiyi hakimlər briqadası alkoqol qəbulu iddiası ilə son anda AEK – “Aris” oyununun idarəçiliyindən kənarlaşdırıldı. Hətta bu üzdən UEFA prezidenti Aleksander Çeferin Yunanıstan Futbol Federasiyasına xəbərdarlıq məktubu göndərərək elit və A kateqoriyalı hakimlərin Yunanıstan çempionatında oyun idarə etməyəcəyini bildirdi. Nəticədə dəfələrlə bu ölkədə meydana çıxan Əliyar Ağayev də qadağayla üzləşdi. Yəni sözügedən hakimlə ilk tanışlığımız xoşagələn tərzdə deyil. Qeyd edək ki, Raçkovski Çexiya, Səudiyyə Ərəbistanı və İsveçrə kimi ölkələrin çempionatlarında da iş başında olub.
Beynəlxalq sınaqlarına gəlincə, ilk dəfə 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələ oyununda ədaləti təmsil edən Raçkovski daha sonra Çempionlar, Avropa, Konfrans, Gənclər və Millətlər Liqalarında, həmçinin 19 və 21 yaşadək futbolçuların AÇ matçları və beynəlxalq yoldaşlıq oyunlarında görünüb. Ümumiyyətlə, Raçkovski indiyə qədər 487 matç idarə edib, 2274 sarı, 109 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri