Icma.az
close
up
RU
Radionu kim dinləyir?..

Radionu kim dinləyir?..

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həyatımıza daxil olan internet radio və televiziyanı, ənənəvi mətbuatı sıradan çıxarmaq üçün gəlmişdi, desək, yanılmarıq. Gündən-günə inkişaf edən, hərdən bir yeniliyi ilə diqqətləri özünə çəkən internet dünyası illər uzunu maraqlı verilişlər, nağıllar, filmlər, konsertlər, əyləncəli proqramlar izlədiyimiz radio və televiziyanın əvəzinə bizə sosial şəbəkələri, əsryarımlıq tarixi olan ənənəvi mətbuatın yerinə isə sosial medianı təqdim etdi.

Telefon vasitəsilə radio-televiziya da, qəzetlər də əlimizin içində oldu. İstədiyimiz vaxt onların hər üçündən istifadə etmək imkanımız yarandı. Bunu bəyənənlər də oldu, bəyənməyənlər də. Bəyənənlər dedi ki, nə yaxşı şeydir bu telefonlar, sən haradasansa, radio-televiziya, mətbuat da oradadır. Bəyənməyənlər isə uzaqgörənlər idi. Onlar bilirdilər ki, hər şey cəmləşmiş bu telefonlar bir gün uzun illərin ənənələrinin üzərindən elə bir qara xətt çəkəcək ki, əsər-əlaməti belə qalmayacaq.

13 fevral- Ümumdünya Radio günüdür. Bu gün yadıma illər öncə hər birimizin evində divarlardan asılan, dolabların başında, masaların üzərində yeri olan radiolar düşdü. Gecə-gündüz oradaca bizi xəbərlərlə, əyləncəli verilişlərlə, konsert proqramları ilə təmin edən, uşaqlığımızın nağılı olan radiolar.

Bütün günü açıq olurdu. Ölkənin hər yerindən, hətta xarici xəbərlər bülleteni ilə dünyadan da xəbərdar olurduq. Gecə bir az səsini azaldırdıq. Oradaca nənə-babalarımız demişkən, “danışırdı”.

Bu gün isə bütün ölkəni gəzsək, bəlkə də bir evdə belə radio tapa bilmərik. Çünki onun yerini sosial şəbəkələr alıb. O sosial şəbəkələr ki, bütün günü oradayıq. Bizi real həyatımızdan virtual həyata şirnikləndirən sosial aləm. Radiomuz da, televizorumuz da, söhbət, görüş yerimiz də oradadır. Məktublaşmağımız, hal-xoş etməyimiz də oradadır.

Bu gün radio yalnız kimin maşını varsa, oradadır. Maşında digər vasitələrdən istifadə edə bilmədiyimiz üçün məcburən radionu açmalı oluruq. Uzaq səfərlər zamanı, şəhərdə tıxacda qalan zaman dadımıza radio çatır. Vaxtımızı doldurmaq, öldürmək üçün bir musiqi dinləyirik, istər-istəməz ölkə xəbərlərindən məlumatlı oluruq, bəzi verilişləri dinləmək məcburiyyətində qalırıq.

Deməli, radionu yalnız ölkədə sürücülər dinləyir. Bir də maşında olanlar və ya taksi xidmətindən istifadə edənlər. Onlar da ki, təbii ki, bir saatadək və ya ondan da xeyli az vaxt ərzində.

Radionu verdik sosial şəbəkələrə qurban. İndi evlərimizdə, işdə, küçədə, bir sözlə, hər yerdə yanımızda telefon var. Biz istədiyimiz məlumatı da ondan alırıq, radio kimi də ondan istifadə edirik. Lakin əvvəlki radiolardan aldığımız “doğmalığı” müasir texnologiyadan, süni intellektdən ala bilirikmi? Əlbəttə, yox.

Lakin nə etməli ki, qısa zaman kəsiyində qapı-pəncərələrimizi internetin üzünə elə görməmişliklə açdıq, onu yuxarı başa elə dəvət etdik ki, oldu ev sahibi. Artıq gecdir onu evdən çıxara bilməyimiz. İnternet olub həyatımızın bir parçası. Xeyiri xeyrimizdir. Xeyrindən çox zərərləri isə bizdən qopara-qopara gedir. Haradək, bax, bu suala hələ ki, cavab tapa bilən çox az insan var.

Danışmayan, artıq susan radioları xatırlayan mənim kimi minlərlə insan var bu gün. O radiolardan mənəvi zənginlik alan insanlar. Vaxt gələcək o insanlar da radiolar kimi torpağa qovuşacaq. Ondan sonra isə bizim övladlarımız və onların övladları tamamilə bu gün sürətlə həyatımıza daxil edilən süni intellektlə baş-başa qalacaq: onların radiosu da, televiziyası da, mətbuatı da o olacaq.

Təəssüf edək, yoxsa zamanın tələbidir deyib, baş əyək, bax, bu seçim qarşısında hələlik bir söz demək çətindir...

O da maraqlıdır ki, bu il Ümumdünya Radio Günü “Radio və iqlim dəyişikliyi” mövzusunda qeyd edilir. Gülməlidir, deyilmi? Radionun bu gün tək dinlənildiyi yer iqlim dəyişikliyinin əsas səbəbkarı maşınlardır axı... Dünyanın hər yerində.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri