Icma.az
close
up
RU
Radioyayım şəbəkəsində təkmilləşdirmə: kənar müdaxilələrə son qoyulur ARAŞDIRMA

Radioyayım şəbəkəsində təkmilləşdirmə: kənar müdaxilələrə son qoyulur ARAŞDIRMA

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Gündəlik həyatımızı informasiyasız, xəbərsiz təsəvvür etmək mümkün deyil. Xəbər mənbələri artır, yeni-yeni informasiya vasitələri yaranır. Lakin etiraf edək ki, bu informasiya vasitələri sırasında radioyayım şəbəkəsi, radiolar özünəməxsus rol oynayır. Radio informasiya vasitəsi rolunu oynamaqla yanaşı, həm də əyləncəli, bir növ mənəvi qida rolunu oynamaqdadır.

Televiziya ilə yanaşı, radiolar da müasir dövrün ən güclü informasiya vasitələrindən biri olaraq cəmiyyətlərin formalaşması, inkişafı, milli adət-ənələrimizin təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, əhalinin böyük bir qismi gündəlik həyatlarını radiosuz təsəvvür etmir. Ölkə ərazisində çoxsaylı radio kanalları fəaliyyət göstərir və əhali də bundan uğurla yararlanır. Lakin etiraf edilməlidir ki, son illərə qədər bu sahədə müəyyən problemlər var idi. Regionlara gedən zaman qonşu dövlətlərin radiotezlikərinin kənar müdaxiləsi ilə hər birimiz üzləşmisik. Etiraf da edilməlidir ki, bu məsələ hər birimizi narahat etməklə yanaşı, ciddi düşünməyə məcbur edib.

Sual edirdik axı necə olur ki, başqa ölkənin radiotezliyi az qala paytaxtın ətrafına qədər gəlib çıxır? Müzakirə və müvafiq addımlar atılsa da, problem öz həllini tapmırdı. Nəticə də, qonşu dövlətlərin güclü radio stansiyaları regionlarda ciddi problemlər yaratmaqda davam edirdi.

Prezident İlham Əliyevin 2023-cü il 24 iyul tarixli “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” sərəncamı bu problemin həllində inqilabi dəyişikliklərə səbəb oldu. Həqiqətən də, sərəncam bir çox aspektlərdən, xüsusilə də informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkənin radioməkanına kənar, xüsusilə də konstitusiya quruluşumuza zidd ideoloji təbliğat xarakterli müdaxilələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malik oldu. Həmin Sərəncamın icrası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat maliyyə vəsaiti ayrıldı. Maliyyə vəsaiti, ilk növbədə ölkədə mövcud olan yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılmasına səbəb oldu.

Nəticədə, bu stansiyalarda ümumilikdə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd RDS quraşdırılıb, yayımları təşkil edilən stansiyalar üzrə radiomonitorinqlər aparılıb. Artıq əvvəllər problemlər yaşayan əhali bu üstünlükdən yararlana bilir, FM radioyayımların təşkili məqsədilə istifadə olunan tezlik resurslarının məşğul edilməsi kənar FM radioyayımların ölkə ərazisində sayının azalmasına səbəb olub. Həmçinin yeni ayrılmış 127 ədəd tezlik nominalının qonşu dövlətlər tərəfindən istifadəsi də artıq mümkün deyil.

15-16 ümumölkə radio kanalına əlçatanlıq təmin olunduqdan sonra qonşu ölkələrin radio kanalları ilə bağlı yaranan xoşagəlməz durum öz əhəmiyyətini itirib.

Dövlət başçısının sərəncamı, ölkənin informasiya məkanının qorunması, inkişaf etdirilməsi, coğrafi və kontent baxımından daha geniş təsir imkanlarına malik olması baxımından mühüm önəm daşıyıb. Bu həm də ölkədə radioyayım sahəsinə, radio kanalların səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür.

Məsələyə münasibət bildirən “Teleradio” İstehsalat Birliyinin Baş direktor müavini Elman Həsənov Report-a istinadən bildirib ki, Prezident sərəncamının icrası radio yayımlarında yeni imkanlar yaradıb: “Görülən işlər nəticəsində radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılıb və milli radioların bütün ölkə ərazisində yayımı təmin edilib. Bu da öz növbəsində yayımçıların reklam bazarının genişləndirilməsi ilə kommersiya fəaliyyətinə əlavə imkanlar yaradıb və nəticə etibarilə əsasən özəl yayımçılara dövlət dəstəyi göstərilib.
Sözügedən Sərəncam ümumilikdə medianın inkişafı, söz və məlumat azadlığının genişləndirilməsi üçün böyük töhfədir. Layihənin icrası çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən FM radioyayımların bölgələrdə də qəbulu mümkündür. Bununla da regionlarda qəbul olunan yerli FM radioyayımların sayı qonşu ölkələrin ərazisindən daxil olan kənar FM radioyayımların sayına nisbətdə artıb”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov də hesab edir ki, bir müddət əvvələ qədər Azərbaycanın bəzi bölgələrində radioyayımın zəif olması və ya xarici radiostansiyaların tezliklərə müdaxilə etməsi ciddi problemlərdən biri idi: “Bu, xüsusilə sərhəd və dağlıq ərazilərdə əhalinin yerli radiokanallara çıxış imkanlarını məhdudlaşdırırdı. Lakin dövlətin bu sahəyə ayırdığı maliyyə və texniki resurslar, o cümlədən müvafiq sərəncamlarla həyata keçirilən yenidənqurma işləri nəticəsində bu problemlərin əksəriyyəti aradan qaldırılıb”.

Onun sözlərinə görə, hazırda ölkə ərazisinin böyük hissəsində radioyayım daha stabil və keyfiyyətli şəkildə təmin olunur. Yeni nəsil ötürücülərin quraşdırılması, rəqəmsal radio formatlarının tətbiqi və tezlik spektrinin optimallaşdırılması, həm yayım keyfiyyətini artırıb, həm də xarici müdaxilələrin qarşısını böyük ölçüdə alıb. Bu addımlar təkcə texniki deyil, həm də informasiya təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır:

“Ümumilikdə, radioyayım sahəsi artıq yalnız ənənəvi FM dalğaları ilə məhdudlaşmır. İP radio, rəqəmsal yayım və mobil tətbiqlər üzərindən radio dinləmə imkanlarının artması, dinləyici auditoriyasının seçimlərini genişləndirir. Gələcəkdə bu sahədə daha çox rəqəmsallaşma və fərdi istifadəçi təcrübəsinə uyğunlaşdırılmış radio xidmətlərinin inkişafı gözləniləndir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri