Icma.az
close
up
RU
Rafael Fiziyevin meneceri: Güclü rəqib üzərində qələbə Rafanı titul yarışına qaytaracaq

Rafael Fiziyevin meneceri: Güclü rəqib üzərində qələbə Rafanı titul yarışına qaytaracaq

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanlı döyüşçü Rafael Fiziyevin meneceri Sayat Abduraxmanov "Match TV"yə açıqlamasında bildirib ki, onun müştərisi üçün əsas məqsəd "UFC Fight Night" turnirində çilili İqnasio Bahamondesə qalib gəlməkdir. Daha sonra isə ilk "onluq"da yer alan istənilən güclü rəqiblə döyüşdə qələbə reytinqin 12-ci döyüşçüsünü yüngül çəki dərəcəsində titul mübarizəsinə qaytara bilər.

İdman.biz xəbər verir ki, Fiziyev iyunun 21-də Bakıda keçiriləcək UFC turnirində Bahamondeslə döyüşəcək.

Rəqib son üç qarşılaşmasını birinci raundda vaxtından əvvəl qələbə ilə başa vurub. Fiziyev isə ardıcıl üç məğlubiyyət alıb.

- Rafanın hazırlığı yaxşı keçib. Fiziki və mənəvi cəhətdən tam hazırdır. Ev turniri onun üçün əlavə motivasiyadır və bu baxımdan daha da açılışa bilər. Amma döyüş zamanı soyuqqanlı olmaq vacibdir. Tamaşaçının coşqusu ilə hərəkət etməməlidir. Əsas məqsəd Bahamondesə qalib gəlmək olmalıdır. İdeal variant – vaxtından əvvəl qələbədir, sadəcə döyüşmək xatirinə döyüşmək yox.

- Bahamondes son üç döyüşünü vaxtından əvvəl qazanıb. Sizcə onun əsas təhlükəsi nədədir?

- O, asan rəqib deyil. Fiziki göstəriciləri – boyu və qol uzunluğu ilə fərqlənir. Amma Rafa artıq UFC-nin Top-15-liyindədir və bu səviyyədə asan rəqiblə qarşılaşması qeyri-mümkündür. Bahamondes, belə deyək, döyüş üçün "yaxşı tərəfdaş"dır. Gözəl qarşılaşma ola bilər. Amma Rafa daha güclü və təcrübəli rəqiblərlə də döyüşüb. Bu dəfə təcrübə onun tərəfindədir.

- Qələbə Fiziyevi yenidən reytinqdə ilk "onluğ"a qaytaracaqmı?

- UFC ilə danışanda onlar bizdən sadəcə soruşdular: "Bakı turniri haqqında nə düşünürsünüz? Ən maraqlı və əyləncəli döyüş hansı olacaq?" Və nəticədə bu qərara gəldik ki, yaxşı və əyləncəli döyüş olacaq. bundan sonra o, əsas döyüşçülər sırasına qayıdacaq. UFC Rafanı sevir, ona müsbət yanaşır. Onun üçün maraqlı planlar hazırlayacaqlar.

- Amma üç məğlubiyyətdən əvvəl o, titula namizəd kimi görülürdü. İndi bu siyahıdan uzaqlaşıb. Yenidən titul yarışına qayıtması üçün neçə qələbə qazanmalıdır?

- İki qələbə – və o yenidən əsas namizədlər arasında olacaq. Bundan sonrası isə rəqibdən asılıdır. Əgər top səviyyəli bir rəqib qarşısına çıxsa, o zaman həmin döyüşdə qələbə Rafanı yenidən titul yarışına qaytaracaq.

- Fiziyevə indiki namizədlərdən Topuriya, yoxsa Oliveyra ilə döyüşmək daha uyğun olardı?

- Hazırda bu barədə danışmaq tezdir. İndiki əsas məsələ Bahamondesi uğurla keçməkdir. Ondan sonra çox maraqlı variantlar ola bilər.

- Bəs o, döyüş bacarığı baxımından Topuriya, Oliveyra və ya ilk "beşlik"dəki digər döyüşçülərdən geri qalırmı?

- Hər bir döyüşçünün öz üstünlüyü var. Topuriyanın boksu, Oliveyranın parteri hamıya təhlükə yarada bilər. Rafanın qeyri-adi duruş texnikası da hər rəqib üçün ciddi problemdir".

Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyev karyerası ərzində 12 qələbə, 4 məğlubiyyət alıb. 27 yaşlı İqnasio Bahamondesin isə MMA-da 17 qələbə və 5 məğlubiyyəti var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 İyun 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri