Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Milan”ın hücumçusu Rafael Leaunun “Qalatasaray”a keçidi ilə bağlı razılaşma əldə olunub.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Türkiyə klubu 27 yaşlı portuqaliyalı futbolçu üçün 44 milyon avro ödəyəcək. Bundan əlavə, “Milan” Leaunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizinə sahib olacaq.
Futbolçunun bu gün günün ikinci yarısında İstanbulda tibbi müayinədən keçərək 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağı gözlənilir. Onun illik maaşı 12 milyon avro olacaq.
Rafael Leau ötən mövsüm bütün turnirlərdə 31 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. O, cari mövsümdə rəsmi matçlarda meydana çıxmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 29 Avqust 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















