Icma.az
close
up
RU
Rafael Məhərrəmli: “Qarabağ”dan xal almaq hər komanda üçün arzuolunandır” MÜSAHİBƏ

Rafael Məhərrəmli: “Qarabağ”dan xal almaq hər komanda üçün arzuolunandır” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Oyunun çətin keçəcəyini bilirdik. Axı bu, “Qarabağ”dır”.

Bu sözləri səfərdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra "Şamaxı"nın futbolçusu Rafael Məhərrəmli sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Oyun haqqında nə deyə bilərsiniz?

- Oyunun çətin keçəcəyini bilirdik. Axı bu, “Qarabağ”dır. Belə komandaya qarşı oynamaq hər futbolçu üçün xüsusi hissdir. Düşünürəm ki, bu oyundan alınan bir xal bizim üçün yaxşı nəticədir. “Qarabağ”dan xal almaq hər komanda üçün arzuolunandır.

- Komanda olaraq oyunlarınızı necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, komanda şəklində daha yaxşı olmağa doğru gedirik. Qarşıda çox oyunlarımız var və hər qarşılaşmada oyunumuzu daha da inkişaf etdirəcəyik.

- Milliyə dəvət almırsınız. Bu, sizdə hansı hissləri yaradır?
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Bunun üçün sadəcə çalışmaq, əzmkarlıq göstərmək lazımdır. Qalan qərarları isə məşqçilər verir - onlar hər şeyin ən doğrusunu bilir.

- Növbəti oyun barədə nə deyə bilərsiniz?

- Növbəti oyunumuz “Turan Tovuz”la olacaq. Rəqib çox güclüdür, amma biz bu qarşılaşmaya “Qarabağ”la oyundakı eyni istəklə və motivasiya ilə hazırlaşacağıq.

- Keçən oyun evdə “Kəpəz”dən məğlubiyyət aldınız. Bu oyunlar arasında nə fərq vardı?

- Bu, futboldur. Düşünürəm ki, ötən oyunda qırmızı vərəqə çox böyük rol oynadı. Amma buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Necə ki, bu oyuna ciddi hazırlaşmışdıq, növbəti qarşılaşmalara da eyni səviyyədə hazırlaşacağımıza inanıram.

- Premyer Liqada komanda sayının artmasının bir futbolçu kimi sizə təsiri necədir?

- Keçən mövsüm Premyer Liqada 10 komanda var idi, bu mövsüm isə 12. Məncə, bu dəyişiklik müsbət təsir edib. Rəqabət artıb, hər bir komanda daha güclü çıxış edir. Keçən il eyni komandalarla daha çox qarşılaşırdıq, indi isə rəqiblər müxtəlifdir. Bu da həm təcrübə, həm də inkişaf baxımından müsbət amildir. Hazırda liqada zəif komanda yoxdur. Hər bir rəqibə qarşı ciddi yanaşır və oyundan maksimum nəticə əldə etməyə çalışırıq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri