Icma.az
close
up
RU
Rafael Qrossi ölkələri nüvə silahının yayılmaması ilə bağlı təkrar öhdəlik götürməyə çağırıb

Rafael Qrossi ölkələri nüvə silahının yayılmaması ilə bağlı təkrar öhdəlik götürməyə çağırıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 69-cu Baş Konfransında açılış nitqi ilə çıxış edən Baş direktor Rafael Qrossi dünyanın üzləşdiyi nüvə problemlərindən danışıb və dövlətləri nüvə silahının yayılmaması ilə bağlı təkrar öhdəlik götürməyə çağırıb.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Qrossi dövlətlərin nüvə silahının yayılmaması rejiminə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) və BAEA-nın fəaliyyətinə verdiyi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib: “Mən üzv dövlətləri ən gərgin onilliklərdə belə beynəlxalq sülhün ən mühüm təməllərindən biri olan sistemə yenidən əməl etməyə çağırıram”. O qeyd edib ki, konfrans “terror aktları, çoxsaylı hərbi münaqişələr və nüvə normalarının aşınmasının yoxsulluq və rifah arasında artan uçurum fonunda baş verdiyi” bir vaxta təsadüf edir.

R.Qrossi daha sonra BAEA-nın nüvə silahının yayılmasının dayandırılması üzrə fəaliyyət istiqamətlərindən və atom elmindən, o cümlədən xərçəngin müalicəsi, qida təhlükəsizliyi, plastik çirklənmənin monitorinqi, xəstəliklərin aşkarlanması və süni intellekt üçün faydalı istifadə üsullarından danışıb.

BAEA rəhbəri bildirib ki, bu ilin əvvəlində Suriya agentliklə əməkdaşlığa razılaşıb və elə keçən həftə İranla razılıq əldə olunub. O əlavə edib: “BAEA hansı dövlətin nüvə materialından dinc məqsədlə istifadəni təsdiqlədikdə, nüvə fəaliyyətləri ilə bağlı etimad yaranır”.

Qrossi, həmçinin atom elektrik stansiyalarının münaqişə nəticəsində risk altında olduğu Ukraynaya 200-dən çox missiya göndərildiyini bildirib və qeyd edib ki, “bütün obyektlərdə təhlükəsizlik vəziyyəti yoxlanılıb”. Onun sözlərinə görə, bu sahədə problemlər də var; Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahı proqramını davam etdirir, hətta nüvə silahlarının ləğvi ilə bağlı əlamətdar beynəlxalq müqavilə olan NPT-yə əməl edən ölkələr belə onların sayının artırılmasını müzakirə edir. “Bir anlığa düşünün ki, yaxın gələcəkdə bir neçə ölkə əvəzinə nüvə silahı ilə silahlanmış 20 və ya 25 ölkə olacaq. Bu, dünyada sülhü və təhlükəsizliyi daha çox təhdid edəcək”, -deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri