Rafinya “El Klasiko”nu buraxa bilər
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona”nın braziliyalı hücumçusu Rafinya Dias, La Liqanın ən əhəmiyyətli oyunlarından biri olan “Real”la matçda meydana çıxmaq şansını itirə bilər.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın sonunda zədələnən futbolçu, həmin səbəbdən həm son üç klub oyununu, həm də Braziliya yığmasının oktyabr toplanışını buraxıb.
Xəbərdə bildirilib ki, 28 yaşlı oyunçunun bərpası planlaşdırıldığı kimi getmir və müəyyən fəsadlar yaranıb. Hazırda Rafinyanın “El-Klasiko”ya qədər forma geyinməsi real görünmür.
Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağı olacaq. Komanda ondan əvvəl oktyabrın 18-də La Liqada “Jirona”, 21-də isə Çempionlar Liqasının 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Oktyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















