Icma.az
close
up
RU
Rahid Əmirquliyev: “Mançester Yunayted” açıq aşkar favoritdir”

Rahid Əmirquliyev: “Mançester Yunayted” açıq aşkar favoritdir”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın heyətində “Çelsi”yə qarşı oyunda İngiltərədə olmuşam, matçı canlı izləmişəm. İngiltərədə atmosfer tam başqadır. Fikrimcə, İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Yeganə çempionatdır ki, hər turda autsayderlə favorit arasında fərq bilinmir, hər bir komanda digərindən xal ala bilər”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İngiltərənin “Mançester Yunayted” klubu ilə keçirəcəyi birinci tur oyunu barədə danışarkən deyib.

O, matçın kifayət qədər çətin keçəcəyini bildirib.

“Mançester Yunayted” həmişə çempionluq uğrunda mübarizə aparan komandadır. Ona görə “Sabah”ı üçün çox çətin sınaq gözləyir. Həm rəqib güclüdür, həm də stadionda atmosfer başqa cür olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Hazırda “Səbail”də çıxış edən 37 yaşlı yarımmüdafiəçi komandalar arasındakı səviyyə fərqinin böyük olduğunu söyləyib:

“Favorit “Mançester Yunayted” olsa da, inanıram ki, “Sabah” səfərdə yaxşı oyun göstərə biləcək. “Qarabağ”ın ötən mövsüm “Çelsi” ilə heç-heçə etməsi göstərdi ki, bu cür rəqiblərə qarşı oynamaq olar. Düşünürəm ki, “Sabah” “Mançester Yunayted”lə açıq futbol oynasa, işi çətin olacaq. Əks-hücumlara üstünlük versələr, rəqibi cəzalandıra bilərlər”.

Rahid Əmirquliyev futbolda hər şeyin mümkün olduğunu vurğulayıb:

“Sabah” qalib də gələ bilər. Amma kağız üzərində “Mançester Yunayted” açıq-aşkar favoritdir. Oyun Bakıda olsaydı, hardasa qələbə və ya heç-heçəyə ümidimiz bir az çox olardı. Ancaq “Old Trafford”da “Mançester Yunayted”ə qalib gəlmək çox çətindir”.

Təcrübəli futbolçu “Sabah”ın İngiltərədən xalla qayıtmasının həm klub, həm də Azərbaycan üçün böyük uğur olacağını vurğulayıb:

“İnanıram ki, “Sabah” ən azından yaxşı oyun nümayiş etdirəcək. Futbolçular əllərindən gələni edəcəklər ki, Azərbaycan xalqını sevindirsinlər”.

Qeyd edək ki, “Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri