Icma.az
close
up
RU
Rahid Əmirquliyev: “O stadionda futbol oynamaq günahdır”

Rahid Əmirquliyev: “O stadionda futbol oynamaq günahdır”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

II Liqada çıxış edən “Şahdağ Qusar” 17 turdan sonra 49 xalla turnir cədvəlində liderdir.

Aktivində 16 qələbə olan komanda sadəcə sonuncu turda “Şəmkir”lə heç-heçəyə (1:1) razılaşıb.

Azərbaycan millisinin veteran üzvü, “Qarabağ” və “Xəzər-Lənkəran” kimi klublarda forma geymiş, hazırda isə “Şahdağ Qusar”ın kapitanı olan Rahid Əmirquliyev komandasının builki çıxışıyla bağlı fikirlərini “FutbolPress”ə bölüşdü:

“Komandanın çıxışını müsbət dəyərləndirərdim. Son tura qədər xal itkimiz olmayıb. Ona görə də düşünürəm ki, bu, bizik üçün uğurlu nəticədir”.

Təcrübəli yarımmüdafiəçi XVII turda “Şəmkir”lə etdikləri heç-heçəyə də toxundu:

“O stadionda futboldan başqa hər şey var idi. Şikayət kimi çıxmasın, ancaq o stadionda futbol oynamaq günahdır, vallah. Başa düşmürəm ki, PFL, AFFA hara baxır. Ümumiyyətlə, bu işə kim nəzarət etməlidir, bilmirəm. Şəmkir şəhər stadionu təmirə bağlanmışdı. Amma bizimlə oynamazdan əvvəl qərar verildi ki, matç bu stadionda olacaq. Meydançanın vəziyyəti bərbad gündə, bildiyin torpaqdır. Belə yerdə futbol oynamağa necə icazə verirlər, bilmirəm. Sadəcə biabırçılıqdır.

Stadion təmirə bağlanıb çıxandan sonra niyə gəlib baxmırlar ki, bura necə təmir olunub? Ümumiyyətlə, belə yerdə futbol oynamaq olarmı? İnkişafdan, gələcəkdən, strukturdan danışırıq, amma belə şəraitdə hansı inkişafdan danışmaq olar. Nə olsun ki, 2-ci liqadır? Təkcə liqa yox, elə bizim uşaq futbolumuz da bu gündədir”.

Əmirquliyev klub rəhbərliyi ilə komanda arasındakı münasibətlərə də aydınlıq gətirdi:

“Rəhbərlik tərəfdən heç bir sıxıntımız yoxdur. Bizə lazım olan bütün şəraiti yaradırlar ki, çempion olaq. Ötən mövsüm də rəhbərliklə hər şey qaydasında idi. Sadəcə bəzi xal itkilərinə görə 1-ci liqaya vəsiqə qazana bilmədik. Bu mövsüm də hər şey qaydasında gedir və yeganə problemimiz Şəmkirdə oldu. O da meydançaya görə”.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Mart 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri